Göyüş Məmmədov

Göyüş Qulaməli oğlu Məmmədov (1898, Qubadlı, Zəngəzur qəzası) — Qubadlı rayonu İcraiyyə Komitəsinin sədri.

Göyüş Məmmədov
bayraq
Azərittifaqın sədr müavini
bayraq2
bayraq
Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri
bayraq2
1930 – 1933
ƏvvəlkiVəzifə təsis edilmişdir.
Sonrakıİbrahim Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1898
Doğum yeri

1898-ci ildə Qubadlı qəzasının Qundanlı kəndində doğulub. 19 yaşında Gorusdakı yeddi sinifli rus məktəbini bitirib. 20-ci ildə əlinə silah götürüb Qırmızı Partizan dəstələrinə qoşulub, rəşadətlə döyüşdüyü və savadlı olduğu üçün qısa müddətdə dəstə komandiri təyin olunub. İki il meşə idarəsinin rəisi kimi sınaq pillələrindən keçib.

1922-ci ildə firqə üzvlüyünə qəbul olunub Teymur Müskanlı kənd sovetinin sədri vızifəsinə təyin olunmuşdur.. 1924-cü ildə Püsyan Nahiyə Kənd Təsərrüfatı Bankına müdir axtaran Qəza İnqilab Komitəsi məxsusi təmizliyinə görə onun adı üstə dayanıb. 1928-ci ildə Kürdhacı Nahiyə İcraiyyə Komitəsinə sədr seçilir. 1928–1930-cu illərdə Qubadlı qəza İcraiyyə Komitəsinin icraçı katibi təyin olunmuşdur. 1930–1933-cü ildə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr olmuşdur.[1]

1937-ci ildə Azərbaycan Sənaye Şurası təşkilat şöbə müdiri vəzifəsinə irəli çəkiləndə də bu keyfiyyətləri nəzərə alınıb. Gön-dəri Sənaye İttifaqı Təşkilat şöbə müdiri, Azərbaycan Neft Kombinatı kadrlar şöbəsinin, Respublika Neft maşınları İdarəsi kadrlar şöbəsinin rəisi, Azərittifaqın sədr müavini, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (sonrakı Ali sovetin) üzvü… Bütün bu məsul vəzifələrdə ağır və sağalmaz xəstəliyilə çarpışa-çarpışa işləyib, ilk növbədə isə şərəflə işləyib və "Şərəf nişanı" ordeniylə təltif olunub.

  1. "Arxivlənmiş surət". 2016-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-23.