Göydağ (Göygöl)

GöydağGöygöl rayonu ərazisində dağ. Sərt yoxuşlu aşırımı var. Kəpəz dağı ilə Sarısu kəndi arasındadır. Dağ alp çəmənləri ilə zəngin olub, yaşıla (göy rəngə) büründüyü üçün belə adlandırılmışdır. Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Oğuz (Filfili kəndi), Şəki (Aydınbulaq kəndi) rayonları ərazilərində də eyniadlı dağlar vardır. Bu oronimlərin bir qismi dağ süxurlarının göy rəngə çalması ilə bağlıdır.[1]

Göydağ
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Göydağ (Göygöl) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.