Göygöl FK — Göygöl şəhərini təmsil edən futbol klubu. Azərbaycan İkinci Liqasında çıxış edir.
Göygöl FK | |
---|---|
Klubun tam adı | Göygöl Futbol Klubu |
Ölkə | Azərbaycan |
Yaranma tarixi | 2022 |
Stadionu | Göygöl Olimpiya İdman Kompleksi |
Tutumu | 1300[1] |
Baş məşqçisi | Araz Mansurov |
Liqa | İkinci Liqa |
Göygöl Futbol Klubunun əsası 2022-ci ildə rayonun icra hakimiyyəti[2] və Göygölün həvəskar futbolçuları tərəfindən qoyulmuşdur.[3] Klub əvvəlcə Birinci Liqada çıxış etmək üçün müraciət edib, lakin buna nail ola bilməyib. Klubun əsas strategiyası 2023–25-ci illərdə tam peşəkar klub olaraq formalaşmaqdır. "Göygöl" klubu baza olaraq hal-hazırda Göygöl Olimpiya İdman Kompleksindən istifadə edir.[3] Klubun əsas komandasının baş məşqçisi Araz Mansurovdur. 2023-cü il mövsümündən Azərbaycan İkinci Liqasında çıxış edir.
"Göygöl" 14 komandanın iştirakı ilə təşkil olunan Azərbaycan İkinci Liqasında mübarizə aparır. "Göygöl" klubu İkinci Liqanın 11-ci turunda "Şəmkir" klubuna 8–2 hesabı ilə qalib gələrək mövsümün reakordunu vurub.[4] Həmin mövsüm klub Azərbaycan kubokunda da mübarizəyə qoşulub. İlk təsnifat mərhələsində "Dinamo" klubuna 2–1 hesabı ilə qalib gələn "Göygöl"[5] II təsnifat mərhələsində "Turan Tovuz" klubu ilə qarşılaşıb. Bu mərhələdə rəqibinə 5–1 hesabı ilə məğlub olaraq klub bu mərhələdə mübarizəni dayandırıb.[6] Klubun heyətində legioner yoxdur.
Son yeniləmə: 09.12.2023[7]
|
|