Göynük qalası

Göynük qalasıNaxçıvan Muxtar Respublikası Culfa rayonunda arxeoloji abidə.

Qala Culfa rayonunun Göynük kəndindən şərqdə, hündür təpənin üzərində arxeoloji abidə. Abidə S. H. Aşurov tərəfindən qeydə alınmışdır. Təpənin yuxarı hissəsi dördkünc formalı divarla əhatə olunmuşdur. Divarlar yanlarda iri qaya parçalarından hörülmüşdür. Qalanın içərisində dördkünc formalı binanın qalıqları vardır. AMEA Naxçıvan bölməsinin arxeoloji ekspedisiyasının apardığı araşdırmalar zamanı xeyli yerüstü material toplanmışdır. Başlıca olaraq gil qabların parçalarından ibarət olan yerüstü materiallar arasında Orta Tunc dövrü üçün xarakterik olan boyalı keramika nümunələri də vardır. Aşkar olunmuş arxeoloji materiallara əsasən Göynük qalasını e.ə. 3–1 minilliklərə aid edilir[1].

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 145.