Hündürlüyü 25 m-ə qədər olan enli çətirli ağacdır. Cavan budaqları yaşıl və ya qırmızımtıl rəngli olub, üzərində tünd-göy rəngdə nazik təbəqə vardır.
Yarpaqlarının uzunluğu 5–17 sm, 7 (nadir hallarda 4)-bölümlüdür, qaidə hissəsi düz kəsilmiş və yaxud ürəkşəkillidir, nazik və kağızaoxşardır, üst tərəfi tünd, alt tərəfdən gümüşü-açıq yaşıl rəngdədir, damarların küncündə saqqallıdır, üst səthinin qalan hissəsi çılpaq və ya damarlar boyunca tükcüklüdür; bölümləri üçbucaqyumurtaşəkillidir, uzununa dartılmış sivri ucluğa dərhal daralmışdır, tamkənarlıdır. Saplaqları yarpaq ayasından qısa, ona bərabər və ya çox vaxt ondan uzun olmaqla müxtəlif uzunluqda olurlar, uzunluğu 3–20 sm-dir.
Çiçəkləri qalxanvari çiçək qrupunda toplanmışdır, xırdadır, yaşılımtıl rəngli, diametri 6–7 mm-dir. Qanadcıqlarının uzunluğu 2,5–4,5 sm-dir, qanadları kütdür, kor bucaq altında yerləşmişdir.
Fındıqca meyvələri qanadlardan1,5–2 dəfə qısadır. Çiçəkləməsi: Aprel-May, yarpaqlarının əmələ gəlməsi ilə bir vaxtda baş verir.
İyul-Avqust
Samur Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Lənk. Muğ. (nadir hallarda), Lənk. dağ. (tez-tez). Düzənlikdən yuxarı dağ qurşağına qədər, aşağı və orta dağ qurşağında üstünlük təşkil edir.
Meşələrdə, adətən qaranlıq və qarışıq meşələrdə qarışıq halda rast gəlinir. Səpələnmiş və bəzən kiçik qruplaşmalar əmələ gətirir.
Dekorativ ağacdır, parklarda və bağlarda əkilir və sərbəst halda enli oval çətir əmələ gətirir.[1]