Gözəl zəfəran

Gözəl zəfəran — (lat. Crocus speciosus Bieb.). Süsənkimilər – (İridaceae Juss.). fəsiləsinə aid bitki növü.

Gözəl zəfəran
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Gözəl zəfəran
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.[1]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir, soğanağı yumru, şarvari, 1–2 sm diametrli, əsası əlavə yumrucuqludur. Yarpaqlar xəttvari, 3 mm enində, çiçəkləmədən sonra inkişaf edir, növbəti yazda 10–40 sm hündürlüyünə çatır. Çiçəkyanlığı 3–6 sm uzunluğunda, parlaq – bənövşəyi, əsnəyi ağımtıl, çılpaq, kənarı uzunsov və ya ellipsivari, lansetşəkilli, uzununa tünd-qırmızı zolaqlıdır. Xarici yarpaqların xaricdən əsası tünd – qırmızıdır. Tozcuqlar narıncı, iti, dişicik ağzı narıncı, xətlərə ayrılmışdır[2].[3] Çiçəkləməsi Oktyabr, meyvə verməsi: Oktyabr-Noyabr ayları. Kök yumrusu şarşəkilli və ya yastılanmış şarşəkillidir, diametri 1–2 sm, qaidə hissəsi əlavə kök yumruludur; kök yumrusunun örtüyü qaidə hissədən halqa ilə ayrılır, pərdəvaridir, nazikdir.[4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü oktyabr-noyabr aylarına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Kriptofit (geofit), arandan subalp qurşağına kimi, kolluqlararası, meşəkənarı, otlu yamaclar və şumlanmış tarlalarda Silybum marianum, Stellaria media, Geranium albanum növlərindən təşkil olunmuş senozun komponenti kimi iştrak edir.[1][2]. Dekorativ, ədviyyatlı və dərman bitkisidir[1][3][5]

Kolluqların arasında, meşə kənarında, otlu yamaclarda və şumlanmış tarlalarda bitir.[6]Böyük Qafqazın bütün rayonları (Quba rayonu, Gədik kəndi ətrafı), Qobustan, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəranın və Naxçıvanın dağlıq hissəsi (Şahbuz və Culfa rayonu)[1][2][3][7][8]. Lənk. dağ. Ovalıqdan subalp yüksəkliyinə qədər[4].

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Otlu yamaclarda meşə ətrafında, kolluqlar arasında və şumlanmış yerlədə rast gəlinir[4].

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Tibbi əhəmiyyəti vardır. Kütləvi surətdə çiçəkləyən zaman payızda dekorativ bitki kimi görünür[4].

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Fraqmentləşmiş sahənin və yaşayış mühitinin, keyfiyyətinin azalması populyasiyanın davam edən azalma tendensiyasını göstərir .

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (intensiv otarılma, otların biçilməsi, əkin sahələrinin şumlanması, dekorativ ədviyyat bitkisi kimi yığılması).

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi planlı otarılma tədbirlərinin görülməsi təklif olunur[2].

  1. 1 2 3 4 Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. 1 2 3 4 1. Флора Азербайджана, 1952.
  3. 1 2 3 http://redbook.az/?options=project&id=G%C3%B6z%C9%99l%20z%C9%99f%C9%99ran[ölü keçid]
  4. 1 2 3 4 4. E. Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı. Bakı 2016.
  5. 5. Мехтиева Н. П., 2010
  6. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  7. 6. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010
  8. 7. Məmmədov Q., Yusifov E., Xlilov M., Kərimov V., 2012