Gözәl keçiqulağı

Verbascum formosum Fisch. ex Schrank

Qısa morfoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 35-80 sm olan, gövdəsi düz, silindrik, yarpaqla örtülmüş, əvvəlcə boz keçə tüklü, daha sonar isə çılpaq, tünd-qonur rəngli, sadə, seyrək budaqlı ikiillik, boz və ya ağımtıl yun kimi keçə tüklü bitkidir.

Yarpaq[redaktə | mənbəni redaktə et]

Kökətrafı və aşağı yarpaqları yarpaq ayasından qısa olan saplaq üzərindədir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, kütdür, qaidə hissədə azacıq ürəkşəkilli və ya demək olar ki, kütdür, kənarları iri dairəvi-dişli və ya az lələkvari bölümlü və ya aşağı yarısında bir neçə bölümlüdür, yarpaq ayasının qaidə hissəsinin aşağısı, bəzən yan hissədən 1-2 ədəd kiçik sərbəst enli dilimlidir; sonrakı yarpaqlar qısa saplaqlı və ya oturaqdır, yumurtaşəkilliuzunsov, elliptik və ya yumurtaşəkillidir, sivritəhər, sivri və ya qəfil sivriləşəndir, kənarları xırda dişlidir.

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçəkləri çiçəkaltlığı yarpaqlarının qoltuğunda yerləşmiş, təkdir, oturaqdır, sıx, ağ və ya boz keçə tüklü düz sünbül əmələ gətirir. Tac sünbülşəkillidir, diametri 30-60 mm-dir, aşağı hissədə parlaq, qarabənövşəyi, qalanı isə sarı rəngdədir, çiçəkləmədən sonra uzun müddət qalandır, xaricdən keçə tüklü, daxildən isə çılpaqdır.

Meyvə[redaktə | mənbəni redaktə et]

Qutucuq şarşəkillidir, qısa sivri ucludur, uzunluğu 7-8 mm-dir, sıx keçə tüklüdür.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

May-İyun

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

İyun-İyul

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

BQ (Quba), Xəzəryanı, (Beşbarmaq), BQ şərq, BQ qərb, Kür düz. Ovalıqdan orta dağ qurşağına qədər, əsasən aşağı dağ qurşağında.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Quru daşlı, gilli və qayalı yamaclarda, töküntü yerlərdə, yovşanlıqda,ardıc seyrək meşəliyində, kolluqlarda, bəzən əkin sahələrinin kənarlarında, bağ və

üzümlüklərdə rast gəlinir.

İstinadlar[1][redaktə | mənbəni redaktə et]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016