Göz protezi

Qəhvəyi insan gözü protezi
Pişikdə süni göz.
Protez göz

Göz protezi — əsasən şüşədən hazırlanan, təbii gözü əvəz edən bir protez növüdür. Bu, enukleasiya (gözdənkənar əzələlərə toxunmadan göz almasının alınması), orbital eksenterasiya (göz yuvasındakı bütün toxumaların tamamilə alınması) və ya gözün evisserasiyası (skleranı saxlamaqla gözün daxilinin alınması) proseslərindən sonra tətbiq edilir. Tipik olaraq qabarıq formaya malikdir və tibbi akrildən hazırlanır. Göz qapaqlarının alt hissəsinə orbital implant üzərinə taxılır. Müasir dövrdə göz protezləri kriolit şüşədən hazırlanır. Göz protezlərini istehsal edən şəxslər okularistlər adlanırlar. Əvvəllər göz protezlərindən yalnız estetik məqsədlə istifadə edilsə də, müasir dövrdə görmə imkanı yaradan retinal və vizual göz protezləri də mövcuddur. Belə protezlərə "bionik göz" deyilir.

Birinci Dünya Müharibəsində yaralanan əsgər üçün Esser Yoxannes tərəfindən hazırlanan göz protezi
1915-1920-ci illərdə göz protezinin hazırlanması

Göz protezinin ilk istifadəsi e.ə. 2900-2800-cü illərə təsadüf edir və İranda Şəhr-i Suxtedə icad edilmişdir.[1] Roma və Misir keşişlərinin hələ eramızdan əvvəl beşinci əsrdə gildən hazırlanmış və göz yuvasından kənara yerləşdirilmiş göz protezlərindən istifadə etdikləri deyilir.[2] Göz yuvalarının daxilində yerləşdirilən ilk süni gözlər qızıldan hazırlanmışdır, daha sonra venesiyalılar 16-cı əsrin sonlarında şüşədən istifadə etməyə başladılar (buradan da "şüşə göz" adı meydana gəldi ). İkinci Dünya Müharibəsi zamanı Almaniya istehsalı malların ABŞ-a ixrac olunmaması səbəbindən akril plastikdən göz protezləri hazırlanmağa başlanıldı.[3] Müasir dövrdə isə akrillə birlikdə polimetil metakrilatdan da istifadə olunur. Almaniyada protezlərin hazırlanması zamanı şüşə materiala hələ də üstünlük verilir. Göz bəbəyinin hərəkətli olması daha çox təbii gözlərə bənzəyən protezlərin yaradılmasına mane olurdu. Lakin, sonradan işıqdan asılı olaraq dəyişə bilən LED göz protezləri yaradıldı.

İmplantın hərəkəti

[redaktə | mənbəni redaktə et]

Formasından, inteqrasiyasından və hərəkətliliyindən asılı olaraq, implantların müxtəlif növləri ayırd edilir.

İnteqrasiya edilməmiş implantlar

[redaktə | mənbəni redaktə et]

Okulyar implantların min illərdir mövcud olmasına baxmayaraq, müasir sferik implantlar 1976-ci ildən istifadə edilməyə başlanılmışdır. Həmin implantlar akrildən, şüşədən və silikondan hazırlanırlar.[1][3] Polimetil metakrilat insan toxuması ilə yaxşı uyğunlaşdığına görə, göz protezləri kimi ən çox üstünlük verilən implant növlərindən biridir.[4]

Göz protezləri, polimetil metakrilat

İnteqrasiya edilmiş implantlar (məsaməli)

[redaktə | mənbəni redaktə et]

İnteqrasiya edilmiş implantların məsaməli olması implant boyunca fibrovaskulyar böyüməyə və əlavələrin yerləşdirilməsinə imkan verir[5]. Mexaniki birləşmələrin süni gözün hərəkətliliyini yaxşılaşdırdığına nəzərə alaraq, birbaşa süni gözə qoşulan "inteqrasiya edilmiş implantlar"ın hazırlanmasına müxtəlif cəhdlər edilmişdir. Bir çox dövrlərdə protezə birbaşa bağlanmış implantlar xroniki iltihaba və müxtəlif infeksiyalara səbəb olmuşdur. Aparılan tətqiqatlar nəticəsində, qapalı vəziyyətdə olan konyunktiva və Tenon kapsulu vasitəsilə implantın hərəkətliliyini daha yaxşı təmin edən xüsusi hazırlanmış kvazi-inteqrasiya implantların kəşfinə gətirib çıxardı.[5]. 1985-ci ildə implantların qoyulması ilə bağlı problemlərin məsaməli kalsium hidroksiapatitdən hazırlanmış sferik implantların tətbiqi ilə həll edildiyi düşünülürdü. Hazırda məsaməli enukleasiya implantları təbii və sintetik hidroksiapatit alüminium oksidpolietilen də daxil olmaqla müxtəlif materiallardan hazırlanır. Cərrah implantın qoyulmasından əvvəl məsaməli implantların konturunu dəyişə bilir.[5]

İmplantın hərəkəti

[redaktə | mənbəni redaktə et]

Enukleasiyadan sonra real gözə bənzəyən protezin alınması implantın və protezin hərəkətindən asılıdır.[6] Süni gözün hərəkətini yaxşılaşdırmaq üçün bir neçə üsul vardır. Bunlara əsasən inteqrasiya olunmuş protez materialından istifadə etmək, implantı bərkitmək, implantın hansı materialla (məsələn, sklera toxuması ilə) örtüldüyü və protez implantı birbaşa göz əzələlərinə tikmək aiddir. İmplantdan protezə hərəkətin ötürülməsinin effektivliyi protezin hərəkətlilik dərəcəsini müəyyən edir. Kvazi-inteqrasiya edilmiş implantlar qeyri-müntəzəm formalı səthlərə malikdir ki, bu da implant və protez arasında dolayı yapışma mexanizmi yaradır. Bu isə, öz növbəsində, protezin daha çox hərəkət etməsinə imkan verir. Xarici birləşmə mexanizmi nəticəsində implantın protezə birbaşa inteqrasiyası hərəkətliliyi daha da yaxşılaşdırır.[5]

Cərrahi müdaxilələrin nəticələri

[redaktə | mənbəni redaktə et]

Prosedurdan asılı olmayaraq, əməliyyatdan sonra həmişə hər hansı bir göz protezi tələb olunur. Əməliyyatın sonunda cərrah standart göz kimi tanınan müvəqqəti protez taxır və xəstəni göz mütəxəssisi olan bir oftalmoloqa yönləndirir.[7] Göz protezi ilə yaşamaq müəyyən ehtiyatlılıq tələb edir, lakin, mikroftalmiya, anoftalmiya və ya retinoblastoma kimi sağalmaz göz xəstəliklərindən əziyyət çəkən xəstələr protezlərlə daha yaxşı həyat keyfiyyətinə nail olurlar. Göz protezi üçün tələb olunan əsas tədbir (müntəzəm cilalanma və yoxlamadan başqa) protezin nəm və təmiz saxlanmasıdır.[8]

Protez gözə sahib olan məşhurlar

[redaktə | mənbəni redaktə et]
  • Baz Basten - Kanadalı xokkey oyunçusu, məşqçi (sağ göz)
  • Mokhtar Belmokhtar - Partlayıcı maddələrlə düzgün işləmədiyi üçün bir gözünü itirmiş Əlcəzairli qaçaqmalçı, silah alverçisi və terrorçu (sol göz)
  • Bhumibol Adulyadey - 1946-2016-cı illərdə hakimiyyətdə olmuş Tayland monarxıdır (sağ göz)
  • Helen Keller – kar və kor Amerika sosial islahatçı (hər iki göz)
  • Sammi Davis Jr.- Amerikalı müğənni (sol göz)
  • Piter Falk - Amerika aktyoru (sağ göz)
  • Tex Eyveri - nüfuzlu Amerika animasiya rejissoru (sol göz)
  • Leo Fender - Fender Musiqi Alətləri Korporasiyasını quran musiqi aləti memarı (sol göz)
  • Ray Kuder - gitara ifaçısı (sol göz)
  • Nik Griffin - BNP lideri (sol göz)
  • Ben Dreyfuss - yazıçı (sol göz)
  • Cef Heali - Kanadalı gitara ifaçısı (hər iki göz)
  • Leo MakKern - aktyor (sol göz)
  • Karl Uuelle - Kanadalı peşəkar güləşçi (sağ göz)
  • Park Jev-von - Cənubi Koreya siyasətçisi (sol göz)
  • Klaus Sçenk Kount von Stauffenberq - Alman ordusu zabiti (sol göz)
  • Din Shiels - Şimali İrlandiyalı peşəkar futbolçu (sağ göz)
  • Robert Turman - yazıçı (sol göz)
  • Moe Udal - siyasətçi (sağ göz)
  • Henri Lee Lukas - Qatil (sol göz)
  • Fetti Vap - Amerikalı rep ulduzu (sol göz) (artıq protez taxmır)
  • Alise Valker - Müəllif (sağ göz)
  • Cim Leavell - Dallas polis dedektifi (sol göz)
  • Dan Crenşav - ABŞ Konqresinin (Texas 2-ci Konqres Dairəsi) və keçmiş Hərbi Dəniz Qüvvələri üzvü (sağ göz)
  • Maykl Bispinq - keçmiş UFC orta çəki çempionu (sağ göz)
  • Erast Qarin - sovet və rus aktyoru
  • Geo Milev – hakimiyyətə qarşı iddialarına görə 1925-ci ildə asılmış Bolqar şairi (sağ göz)
  • David Davidoviç Burlyuk - amerikalı şair və rəssam, futurizmin banilərindən biri
  • Andrey Zibrov - 2010-cu ilin aprelində atışma zamanı pnevmatik tapança ilə yaralanması nəticəsində sağ gözünü itirmiş Rusiyanın teatr və kino aktyoru (sağ göz).
  1. 1 2 London Times. "5,000-Year-Old Artificial Eye Found on Iran-Afghan Border". foxnews. 2007-02-20. 2013-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
  2. 3rd Millennium BC Artificial Eyeball Discovered in Burnt City Arxivləşdirilib 2012-04-11 at the Wayback Machine, December 10, 2006
  3. 1 2 Frequently asked questions Arxivləşdirilib 2019-08-24 at the Wayback Machine, American Society of Ocularists
  4. Chuah, CT. "Integrated hydroxyapatite implant and non-integrated implants in enucleated Asian patients". Annals of the Academy of Medicine, Singapore. 33 (4). 2004: 477–83. PMID 15329760.
  5. 1 2 3 4 Custer, PL. "Orbital implants in enucleation surgery: a report by the American Academy of Ophthalmology". Ophthalmology. 110 (10). 2003: 2054–61. doi:10.1016/S0161-6420(03)00857-1. PMID 14522788.
  6. Byron C. Smith; Frank A. Nesi; Mark R. Levine; Richard D. Lisman. Smith's Ophthalmic Plastic and Reconstructive Surgery. 1998. ISBN 978-0-8151-6356-5.
  7. "American Society of Ocularists - Frequently Asked Questions". www.ocularist.org. 2019-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  8. "Prosthetic Eye Care". ocularpro.com. Ocular Prosthetics, Inc. 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]