Gülşən Lətifxan (Gülşən Lətif qizi Kazımova-Atəş; d. 8 noyabr, 1961 — ö. 11 yanvar 2015[1]) — müəllim, tərcüməçi, hüquqşünas, Azərbaycan Yazıçılar Birliyinin və Hollandiya Yazıçılar, Ssenaristlər və Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu sayda povest, hekayə və ssenarilərin müəllifi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri[2]. Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi".
Gülşən Lətifxan | |
---|---|
Gülşən Lətif qizi Kazımova-Atəş | |
Təxəllüsü | Lətifxan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | Haaqa, Hollandiya |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Xarici Dillər İnstitutu |
İxtisası | İngilis dili |
Fəaliyyəti | yazıçı |
Üzvlüyü |
Gülşən Lətifxan 8 noyabr 1961-ci ildə Bakı şəhərində doğulub. 1978-ci ildə Nərimanov rayonundakı 193 nömrəli məktəbi bitirib. 1983-cü ildə Xarici Dillər institutunu fərqlənmə diplomu ilə tamamlayıb.1983–1993-cü illərdə 212 nömrəli məktəbdə müəliim işləyib.1994-cü ildə hüquq təhsili almaq üçün Hollandiyaya yollanıb. 1997–1998-ci illərdə Beynəlxalq "İslamik Relif" yardım fondunun "Yetim uşaqlar" bölməsində çalışıb. 1998 −2000-ci illərdə "Avropanın Azərbaycan Mərkəzi" təşkilatının direktoru vəzifəsində işləyib. 1998 – 2001-ci illərdə Amsterdam, Haaqa və Harlem şəhərlərində ingilis və rus dillərindən dərs deyib.
O, Azərbaycan Yazıçılar Birliyinin və Niderland Yazıcılar İttifaqının üzvüdür. Gülşən Kazımova "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri olmuş, tərcüməçi kimi fəaliyyət göstərmişdir. "Ana Vətən" Azərbaycanlı Qadınlar Birliyi 2004-cü ildə Hollandiyada onun rəhbərliyi altında fəaliyyətə başlayıb. Cəmiyyətin yaradılmasında məqsəd Avropada yaşayan azərbaycanlı qadınların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların hüquq və azadlıqlarının qorunmasına yardım göstərmək olmuşdur. 2006-cı ildə Gülşən Kazımovanın "Nəslimizin qızları" adlı kitabı Niderlandda nəşr edilib. 2011-ci il iyulun 4-də mədəniyyət sahəsindəki nailiyyətlərinə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə Gülşən Kazımova Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi" fəxri ad ına layiq görülüb[2].
Gülşən Lətif 20 ildən yuxarı Avropanın Niderland Krallığında yaşayıb-yaratmışdır. O, holland ictiamiyyətində və mətbuatında dəyərli yer tutub, Azərbaycan həqiqətlərinin Avropaya catdırılmasi üçün, sözün əsl mənasında, var qüvvəsini verib. Hollandiyada "AnaVətən" adlı qadın təskilatının təsisçisi və rəhbəri olub, insan hüquqları müdafiəsi üzrə böyük işlər aparıb.
Gülşən Lətifin "Bizim nəslin qızlari" adlı romanı 2009-cu ildə Rusiyada kecirilən Beynəlxalq Ədəbiyyat Müsabiqəsinin qalibi adına layiq gorülüb. Onun "Azeraida adası" romanı, son beş ildə ən çox oxunan kitablar siyasına daxil olub.
2014-cü ildə Haaqada Azərbaycan səfirliyində Gülşən xanımın böyük Yaradıcılıq Gecəsi kecirilib.