Gülşənilik

Gülşəniyyə - Sufi Xəlvətiyyə təriqətinin Rövşəniyyə qolundan ayrılmış təriqət. Dədə Ömər Rövşənin müridi və xəlifəsi olan Pir İbrahim Gülşəni tərəfindən yaradılmışdır.

Mənbələrə əsasən Pir İbrahim Gülşənin nəsil şəcərəsi Azərbaycana, Oğuz Ataya gedib çıxır. Əvvəllər Şərqi Anadoluda yaşayıb təriqətini yaymasına baxmayaraq daha sonra Misirə köçmüş və burada fəaliyyətini davam etdirmişdir.Osmanlı imperiyasının Misiri fəthindən sonra Gülşəniyyə ideyaları orduda yayılmış və daha sonra İstanbulDiyabəkirdə məşhurlaşmışdır. Həm İstanbulda, həm də Diyarbəkirdə bir neçə ZaviyəTəkyə yaradılmışdır. Ən məşhurları Diyarbəkirdəki Şəmsəddin Əfəndi və Pir İkmaləddin Əfəndi tərəfindən yaradılan Təkyələrdir.