Güləhməd Talıbov

Güləhməd Talıbov (Güləhməd Mirəhməd oğlu Talıbov) — kimya elmləri doktoru, professor. İlin müəllimi (2014).

Güləhməd Talıbov
Güləhməd Mirəhməd oğlu Talıbov
Doğum tarixi (63 yaş)
Doğum yeri Azərbaycan SSR, Lənkəran rayonu, Şağlaser kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi kimyaçı
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Texniki Universiteti
Təhsili Leninqrad Dövlət Universiteti
Mükafatları Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı -2000, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının fəxri fərmanı – 2010, Gürcüstan Kimya Cəmiyyətinin üzvü – 2011, İlin müəllimi – 2014.

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Güləhməd Mirəhməd oğlu Talıbov Lənkəran rayonu, Şağlaser kəndində anadan olmuşdur.

  • Təvəllüdü (gün, ay, il): 10. iyul 1961
  • Təhsil (məktəbin adı və ixtisası): 1978-ci ildə ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə köçürülmə yolu ilə Leninqard Dövlət Universitetinin (indiki Sankt-Peterburq universiteti) kimya fakültəsinin üçüncü kursundan təhsilini davam etdirmişdir. 1984-cü ildə "Fiziki üzvi kimya" kafedrasında kimyaçı ixtisası üzrə oranı bitirmişdir. LDU Elmi Şürasının qərarı ilə Ali məktəbi bitirən kimi aspiranturaya qəbul olunmağa tövsiyə edilmişdir.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

1984-cü ildən təyinatla Milli Elmlər Akademiyasının Neft-Kimya Prosessləri İnstitutunun "Nüvə maqnit rezonansı spektroskopiyası" qrupunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. Talıbov Güləhməd Mirəhməd oğlu 2011-ci ildə "Doymamış C3-spirtlərin efirləri və onların törəmələri: sintezi xassələri və tətbiqi" mövzusunda kimya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun apardığı elmi tədqiqat işləri nəzəri və təcrübi əhəmiyyətli mühum nəticələrinə allil və propargil spirtlərinin sadə efirlərinin alınması üçün yeni üsulların tapılması, onların molekulunda reaksiya qabiliyyətli mərkəzlərinin artırılması məqsədilə hidroksil qrupu və halogen atomu saxlayan törəmələrinin yeni prinsipial sintez usullarının işləyib hazırlanması və sintetik imkanlarının genişləndirilməsi və tətbiq sahələrinin atrırılması aiddir.

O, bir sıra mono- və politsiklik karbohidrogenlərin selektiv alkoksihalogenləşmə reaksiyalarını aparmış, molekuldaxili tsiklləşmə nəticəsində oksigenli heterotsiklik birləşmələr sintez etmiş, kamfenin alkoksihalogenləşməsi molekuldaxili bitsiklik birləşmənin inversiyası ilə müşahidə edilməsi müəyyənləşdirmişdir.

İlk dəfə olaraq propargil β-yodefirlər əsasında β-qlikolların monopropargil efirlərinin alınması üçün ilkin maddə kimi istifadə olunması və onların molekuldaxili qapanması hesabına bir sıra altı- və yeddiüzvlü heterotsiklik birləşmələrin sintezi üçün yararlı olmasını müəyyənləşdirmişdir. Onun tərəfindən doymamış C3-spirtlərin β-yodefirlərinin alınması ücün təklif etdiyi reaksiya ABŞ-də cap olunan "March’s Advance Organic Chemistry" dərsliyinə daxil edilmişdir.

Onun tədqiqatları əsasında ilk dəfə əvəz olunmuş 1,4-dioksanların propargil β-halogenefirlərindən alınmasının yeni üsulu aşkarlanmışdır. Talıbov G. M. tətərindən ilk dəfə olaraq xlormetilpropargil efirin karbonilli birləşmələrlə kondensləşməsi nəticəsində 2-hidroksioksiranların a-qlikolların monopropargil efirlərinin, xlormetilpropargil efirin nitrillərlə kondensləşməsi nəticəsində ketoefirlərin, alkil-6-metil-4-etin(en)il-1,3-dioksan-5-karboksilatların (1R,2S)-1-aril-2-{[prop-2-in(en)iloksi]metil}spiro[2,4]hepta-4,7-dionların ückomponentlı steroselektiv yeni sintez üsullarını işləyib hazırlamış, NMR spektroskopiyanın köməyi ilə bir sıra doymamış oksiefirlərin mütləq konfiqurasiyasını təyin etmişdir. Halogenəvəzli stirolların kristal yod, klinoplitalit ((NaK)4CaAl6Cl30O72) və silisiumvolfram heteropoliturşunun natrium duzunun (Na4SiW12O40∙19H2O) suda məhlulunda allil spirti ilə alkooksiyodlaşmasi hesabına əvəzlənmiş 1,4-dioksanların sintezinin ilk dəfə yeni üsulunu işləyib hazırlamışdır. İlk dədə olaraq İQ və NMR spektroskopiyasının köməyi ilə 2-hidrooksioksiranların propargil efirləri molibden heteropoliturşunun gümüş duzlarının katalitik miqdarının iştirakı ilə furan törəmələrinin yüksək regioselektivliklə və cıxımla alınmasının yeni üsulunu tapmışdır.

Talıbov G. M. zərif üzvi sintez sahəsinda çalışan mütəxəssis kimi, doymamış C3-spirtlərin sadə efirlərinin hidroksil qrupu və halogen atomu saxlayan törəmələri metalların turş mühitdə korroziyasına qarşı effektiv inhibitor, sürtkü yağlarına və yanacaqlara antimikrob aşqar, bəd xassəli şiş əleyhinə preparat, sulfatreduksiyaedici bakteriyalara qarşı bioloji aktiv birləşmə, polimer materiallar üçün modifikatorlar və yapışqan kompozisiyaları, yapışqan materialları üçün inqredientlər, örtüklər üçün kimyəvi davamlı kompozisiyalar kimi istifadə oluna bilməsi imkanlarını tapmışdır.

Elmi-təşkilatı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycanda, Rusiyada, Turkiyəda, Gürcüstanda, Qətərdə, Əlcəzairdə və b. ölkələrdə keçirilən elmi konfranslarda plenar məruzə ilə çıxış etmişdir. 2011-ci ildə o Gürcüstan Kimya Cəmiyyətinin fəxri üzvü seçilmişdir.
  • AMEA NKPİ-də fəaliyyət göstərən ED 1.16 Dissertasiya Şurasının üzvüdür.
  • AR Prezidentinin müvafiq sərəncamına uyğun olaraq "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə bakalavriat/magistratura təhsil səviyyəsi üzrə proqrama müraciət edən iddiaçılarla müsahibələrin aparılması üçün Təhsil Nazirliyi tərəfindən ekspert kimi fəaliyyət göstərmişdir.
  • 1 doktorantın elmi rəhbəri və 1 doktorantın elmi məsləhətçisidir.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • Güləhməd Talıbov 2000-ci ildə ADNSU-nun 80-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir;
  • 2010-cu ildə ADNSU-nun 90-cı ildönümü ilə əlaqədar olaraq Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının fəxri fərmanı ilə təltif edilmişdir:
  • Azərbaycan Respublikasi kütləvi informasiya vasitələri tərəfindən 2014-cü ildə keçirilmiş sorğunun nəticələrinə əsasən vətəndaşlıq mövqeyi və əməli uğurlarına görə İlin müəllimi fəxri mükafatı verilmişdir.
  • Ölkəmizin iqtisadi, siyasi və ictimai həyatında müstəsna xidmət göstərmiş, milli vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində gördüyü işlərə və səmərəli fəaliyyətinə görə "Dostluq məşəli" qəzeti MMC-nin fəxri diplomuna layiq görülmüşdür.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1987-ci ildə ADNSU-nun "Üzvi kimya" kafedrasınnın əyani asipiranturasına daxil olmuş və MEA-nın həqiqi üzvü, akademik Siyavuş Qarayevin rəhbərliyi ilə 1991-ci ildə "Asetilen xlorefirləri: alınması, xassələri, tətbiqi" mövzusunda elmlər namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1990-cı ildən "Üzvi kimya" kafedrasının tədris laboratoriyasının müdiri vəzifəsində, 1993-cü ildə "Doymamış karbohidrogenlərin heteroatomlu törəmələri" problem laboratoriyasının böyük elmi işçisi vəsifəsində çalışmışdır. 1995-ci ildən "Üzvi kimya" kafedrasının dosenti vəzifəsində çalışmışdır. ADNSU-nun kimya-texnologiya fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 2012–2015-ci illərdə "Üzvi və bioloji kimya" kafedrasının professoru olmuşdur. Hazırda Azərbaycan Texniki Universitetinde "Kimyatexnologiya, təkrar emal və ekologiya" kafedrasında professor olaraq pedaqoji fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 09 dekabr 2022-il qərarı ilə ona professor elmi adı verilmişdir.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Talıbov G. M. 200-dən cox elmi əsərin (2022-ci il 09 dekabra olan məlumat), o cümlədən 110 məqalə, konfransların tezisləri və patentlərin, 7 dərslik, dərs vəsaitinin və 1 monoqrafiyanını müəllifidir. O, Respublikamızda, Rusiyada, Turkiyəda, Gürcüstanda, Qatarda, Əlcəzairdə və b. ölkələrdə keçirilənelmi konfranslarda plenar məruzə ilə çıxış etmişdir.

Əsas elmi işləri

[redaktə | mənbəni redaktə et]

Zərif üzvi sintez sahəsində çalışan mütəxəssis kimi, doymamış C3-spirtlərin sadə efirlərinin hidroksil qrupu və halogen atomu saxlayan törəmələri sürtkü yağlarına və yanacaqlara antimikrob aşqar, bəd xassəli şiş əleyhinə preparat, sulfatreduksiyaedici bakteriyalara qarşı bioloji aktiv birləşmə, polimer materiallar üçün modifikatorlar və yapışqan kompozisiyaları, metalların turş mühitdə korroziyasına qarşı effektiv inhibitor, yapışqan materialları üçün inqredientlər, örtüklər üçün kimyəvi davamlı kompozisiyalar kimi istifadə oluna bilməsi imkanlarını tapmışdır. Onun tədqiqatları əsasında ilk dəfə əvəz olunmuş propargil əvəzli 1,4-dioksanların β-halogenefirlərindən alınmasının yolları aşkarlanmışdır. İlk dəfə olaraq alkoholyat mühitində ɑ-halogenmetilpropargil efiri ilə karbonilli birləşmələr arasında gedən reaksiya nəticəsində epoksidlərin sintez üsulunu tapmışdır. Sink metalının iştirakı ilə karbonilli birləşmələrin ɑ-xlormetilpropargil efiri ilə qarşılıqlı təsiri reaksiyası nəticəsində oksi efirlərin və sononcunun nitrillərlə reaksiyasından ketoefirlərin alınmasını ilkin olaraq işlıyib hazırlamışdır. [[Doymamış C3-spirtlərin]], alkenlərləkristallik yodla reaksiyasından β-yodefirlərin alınmasını tapmışdır.

Əsas elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  • Пат. РФ № 2056401(1996). Способ получения простых пропаргиловых эфиров. Караев С. Ф., Гусейнов Ш. О., Гараева Ш. В., Талыбов Г. М. Бюл.-1996.-№ 8.
  • Talybov G. M., Mekhtieva V. Z., Karaev S. F. Iodoalkoxylation of Cyclohexene with Allyl and Propargyl Alcohols. Russian Journal of Organic Chemistry. 2001. 37, 4, P.600.
  • Талыбов Г. М., Нуриева У. Г., Караев С. Ф. Новые арилзамещенные 1,4 — диоксаны на основе пропаргиловых эфиров (бромметил(фенилалкил)) метанолов. Ж. Орг. хим.-2003.-Т.39.-Вып. 8.-С.1276–1278.
  • Garayev S. F., Talibov G. M. The synthesis of acetylene tetrahydrofurans. 2nd International Conference on chemistry and its applications.-2003.-Doha.-Qatar-P. 482.
  • Talybov G. M., Dzhafarova N. V., Bairamova S. T. Russian Journal of Organic Chemistry. 2015, 51(7),1028.
  • Talybov G. M. Condensation of Chloromethyl Propargyl Ether with Nitriles. Russian Journal of Organic Chemistry, 2017, Vol. 53, No. 2, pp 296–298.
  • Mamedbeyli E. H. , Jafarov I. A. , Talybov G. M. , Mirzoeva M. A. , Iskenderova K. O. , Hajizade A. N. Synthesis and properties of aminomethoxy derivatives of 1-(butylsulfanyl)pentane. Russian Journal of General Chemistry. 2017, V. 87, Issue 4, pp 713–716.