Gülbaba Rəhimov

Gülbaba Rəhimov - SSRİ Şərəf ordeni laureatı

Gülbaba Əmrah oğlu Rəhimov 1904–cü ildə Quba rayonu Qımıl kəndində kəndli ailəsində anadan olub.

Altı yaşında atası Əmrahı itirən Gülbaba anası və böyük qardaşlarının himayəsində böyüyüb. Daha sonra hazırkı Xaçmaz rayonu ərazisindəki Hacı Əhməd oba kəndində yaşayan xalası və onun əri Xələfin evində qaldıqdan sonra həmən kənddə , ibtidai mədrəsədə təhsil alaraq ərəb dilini mükəmməl şəkildə öyrənib.

Daha sonra Azərbaycana yardıma gələn Qafqaz İslam ordusunun tərkibində Türkiyəyə geri qayıdan ordu hissələri ilə Türkiyəyə gedib və bir müddət İstanbul , Samsun və Trabzon şəhərlərində qalıb.

Azərbaycana qayıdan Gülbaba Rəhimov 1920 – ci ildə hazırkı Qusar şəhərində açılan iki aylıq müəllimlik kursunda təhsilini təkmilləşdirdikdən sonra, elə həmin il doğulduğu Qımıl kənd məktəbinə direktor və müəllim təyin olunur.

Elə həmən ildən də Partiya sıralarına daxil olaraq kəndin ilk partiya təşkilatının ilk baş katibi olub.

Quba qəza partiya komitəsinin qərarı əsasında 1922 – ci ildən 1923- cü ilin sentyabr ayına kimi Xaçmaz və Dəvəçi ( indiki Şabran) nahiyələrinin partiya komitəsinin katibi işləyib. Daha sonra 1923- cü ildə Quba Qəzası partiya komitəsinin qərarı ilə o vaxtlar Bakıdakı ( 1923-1924) S. Şaumyan adına partiya məktəbində təhsil alıb. 1924- cü ildən 1926 – cı ilə kimi yenidən Qımıl kəndinə direktor və müəllim təyin olunur. 1926 cı ilin sonlarından 1927 – ci ilədək Qımıl kəndində məktəb direktoru olmaqla yanaşı o vaxtlar Ənıq dairəsində Dövlət İcra komitəsinin sədri vəzifəsində çalışıb. 1929- cü ildən , 1930 – cu ilədək Gülbaba Rəhimov həbsdə olub. O illəri anladan Gülbaba Rəhimovun qızı Düriyyə Rəhimova belə deyir  :“ Atam Gülbaba Rəhimovun düşmənləri az deyildi. Yerli qolçomaqlar o vaxt atamı kəndin ot tayalarını yandırmaqda ittiham etdilər və atam günahsızlığını sübut edə bilmədiyi üçün həbs edildi. Daha sonra atamın güllələnəcəyi xəbərini aldıq . Bu xəbər hamımız üçün və eyni zamanda kənd sakinləri üçün gözlənilməz idi.” 1930 – cu ildə Zaqafqaziya məhkəməsinin məsələyə yenidən baxmasından sonra Rəhimovun günahsız olduğu sübut edilir və əsl günahkarlar həbs edilir. Bəraət alan Gülbaba Rəhimov yenidən 1930 – cu ildən 1935 – ci ilədək Qımıl kənd məktəbinə müdir təyin olunur. 1935-36 cü illərdə Küpçal sovetliyinin Üçkün kəndində məktəb müdiri təyin olunur. Daha sonralar 1936 – cı ildən, 1941- ci ilədək Quba şəhər iki saylı orta məktəbdə müəllim və şəhər müəllimləri üzrə ilk partiya təşkilatının katibi olaraq çalışıb. 1941 – ci ildən 1942 – ci ilədək Quba rayon partiya komitəsində təlimatçı , 1942- ci ildən 1944 – cü ilədək doğulduğu Qımıl kəndində müəllim kimi fəaliyyət göstərib. Gülbaba Rəhimov Azərbaycan təhsil və təlim sistemində eyni zamanda partiya sıralarında uzun zaman qüsursuz çalışdığına görə, SSRİ Ali Sovetinin Rəyasət heyətinin 12/2/1949 – cu il tarixli fərmanı ilə Şərəf nişanı ilə təltif olunub. Bütün bunlarla yanaşı Gülbaba Rəhimov doğulduğu Qımıl kəndində ilk məktəbin təsisçisi olub. Gülbaba Rəhimov 1952 – ci ilin yanvar ayının 23 də zəhərləndirilib və beş gün sonra vəfat edib. Gülbaba Rəhimov Ərəb , türk , fars, qrız ,ləzgi və yəhudi dilini mükəmməl bilirdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

http://qubalilar.biz/?p=5482 Arxivləşdirilib 2014-03-30 at the Wayback Machine