Gülbala Salamov

Gülbala Salamov Ağaməmməd oğlu (d.1928- ci il Bakının Saray qəsəbəsi. ö.1985-ci il) kənd təssrüfatı üzrə fəlsəfə doktoru.

Gülbala Salamov
Gülbala Salamov Ağaməmməd oğlu
Doğum tarixi
Doğum yeri Bakının Saray qəsəbəsi
Vəfat tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Ağaməmməd Salamov
Elmi dərəcəsi kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
Təhsili Azərbaycan Dövlət Universiteti

G.A.Salamov Bakının Saray qəsəbəsində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini coğrafiyaçı ixtisası üzrə bitirmişdir. Həmin il AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Meşə torpaqları laboratoriyasına işə qəbul edilmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1957-ci ildə həmin institutun aspiranturasını bitirmişdir. 1964-cü ildə "Böyük Qafqazın qara torpaqları" mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ildən AMEA Coğrafiya institutuna işə keçirilmiş və baş elmi işçi vəzifəsində işləmiş, sonra isə "Meşə torpaqlarının genezisi və xəritələşdirilməsi" laboratoriyasına rəhbərlik etmişdir. O, Azərbaycanın bir sıra regionlarında meşə torpaqlarının yayılması, onların genetik-təsərrüfat xüsusiyyətləri, torpaqlardan səmərəli istifadənin yolları və başqa məsələlərə aid elmi tədqiqat işləri aparmış, irimiqyaslı torpaq xəritələri tərtib etmişdir. G.Salamovun 2 monoqrafiyası "Böyük Qafqazın alçaq və dağətəyi zonalarının qara torpaqları" (1971), "Böyük Qafqazın cənub yamacının meşə torpaqları" (1978) və 80-dən çox məqaləsi nəşr olunmuşdur.[1]

  1. B.Budaqov Azərbaycanın Coğrafiyaçı alimləri "Elm" nəşriyyatı Bakı 2013 səh.191