Gülgəz

GülgəzAzərbaycan şairəsi, bayatıçı

Gülgəz
Gülgəz
Fəaliyyəti Şairə

Əsas etibarilə bayatıçı kimi tanıdığımız Gülgəz adlı sənətkarımız haqqında mənbələrdə tərümeyi-hal məlumatına təsadüf olunmur. Hansı əsrdə yaşadığı belə məlum deyildir. Bayatılarına XVIII əsrdə üzü köçürülmüş cünglərdə rast gəlinir.

Seyvanın qur ucada,
Kor möhtac quru cada.
Gülgəzin göz yaşından,
Qalmadı quru canda

Bağında ha səndəli,
Sən dəli, ha mən dəli.
Gülgəz, yarana dəysin,
Təbibin hasand əli.

Gülgəzin gül adaşı,
Mey daşı, gül a daşı.
Yıxar bülbül öyünü,
Kim atsa gülə daşı.

  • Azərbaycan qadın şairləri antologiyası, "Avrasiya press", Bakı, 2005