Gülməmməd Qarayev

Gülməmməd Qarayev (Gülməmməd Mehdi oğlu Qarayev; 1905, Qutqaşın27 mart 1938, Bakı) — repressiya qurbanı, Qutqaşın rayon Partiya Komitəsinin I katibi.

Gülməmməd Qarayev
bayraq
Qutqaşen rayon Partiya Komitəsinin I katibi
bayraq2
16 sentyabr 1937 – 27 mart 1938
Şəxsi məlumatlar
Doğum tarixi 1905
Doğum yeri
Vəfat tarixi 27 mart 1938(1938-03-27)
Vəfat yeri
Partiya

Gülməmməd Qarayev 1905-ci ildə Qutqaşın rayonunun Qutqaşın (indi Qəbələ) kəndli ailəsində anadan olmuşdur.

1913-cü ilə kimi ruhani təhsili almış, 1914-cü ildə Qutqaşın ibtidai məktəbinə daxil olmuşdur. Daha sonra Gülməmməd Qarayev Qutqaşındakı Kəndli Gənclər Məktəbində təhsil almışdır. Gülməmməd Qarayev 1922-ci ilin sentyabrında Şəki (Nuxa) qəza 1-ci dərəcəli partiya məktəbində, 1923-cü ildə 2-ci dərəcəli Bakı şəhər partiya məktəbində oxumuş və Qutqaşın rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. O, 1926–1930-cu illərdə Tiflisdə 26 Bakı Komissarı adına Zaqafqaziya kommunist universitetində oxumuş və müvəffəqiyyətlə bitirmişdir. Gülməmməd Qarayev 16 sentyabr 1937-ci il tarixindən 27 mart 1938-ci il tarixinə kimi Qutqaşın rayon Partiya Komitəsinin I katibi vəzifəsində (1931–1991-ci illər arasında 5-ci I katib) çalışmışdır.

Həbsi və vəfatı

[redaktə | mənbəni redaktə et]

Gülməmməd Qarayev 27 mart 1938-ci ildə Qutqaşın rayon daxili işlər şöbəsinin rəisi leytenant Poqosovun iştirakı ilə həbs edilmişdir. 8 avqust 1938-ci ildə Üçlüyün çıxardığı ölüm hökmü 21 oktyabr 1938-ci ildə həyata keçirilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası Qarayev Gülməmməd Mehdi oğlu haqqında olan materiallara baxaraq XDİK üçlüyünün 8 avqust 1938-ci il tarixli qərarını ləğv etmiş, əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.[1]

Qəbələ rayon İcra Hakimiyyətinin 10 mart 2006-cə il tarixli qərarı ilə Qəbələ şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.

  1. Ənvər Rəhimov, "Qəbələnin bu günü, dünəni və sabahı". Bakı, "Nasir" nəşriyyatı, 2012 Səh. 76–81; 115