Gülməmməd bəy Kəngərli

Gülməmməd bəy Kəngərli (?-?)—tərcüməçi, şair.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Gülməmməd bəy Kəngərli Nekrasovun "Nravstvennıy çelovek" ("Xoşəxlaq adam") əsərindən bir parçanı tərcümə edib qəzetdə "Mərdi müttəqi" adı ilə dərc etdirmişdi.

Meylə nəyi qafiyə etməkdənsə real həyatdan yazmaq lazımdır. G. Kəngərli məktubunun sonunda göstərirdi: "Təcrübə üçün məruf Nekrasov mənzumatından nəzmən tərcümə elədiyim bir fəqərəni bu dəfə irsal edirəm. Qəbul və dərc olunursa, mabədini dəxi göndərəcəyəm". "Kəşkül" qəzetində əsərin ardı yoxdur. G. Kəngərlinin tərcüməsinin ardının nə üçün dərc olunmaması haqqında indiyədək bir sıra tədqiqatçılar müxtəlif fikirlər söyləmişlər.