Gülnabad döyüşü — 1722-ci il mart ayının 8-i İsfahanın Gülnabad kəndi yaxınlığında əfqan qiyamçıları ilə Səfəvi ordusu arasında baş verən döyüş.
Gülnabad döyüşü | |||
---|---|---|---|
Tarix | 8 mart 1722 | ||
Yeri | Gülnabad kəndi, İsfahan | ||
Nəticəsi | Əfqan qələbəsi | ||
Ərazi dəyişikliyi | Əfqanların irəlləməsi və Fərahabada çatması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Səfəvi dövlətinin iqtisadi-siyasi böhranda olmasından istifadə edən Qəndaharın əfqan hakimi Mir Mahmud Hotaki zəifləmiş İranı işğal etmək qərarına gəlir. Bu zaman Səfəvilər dövlətinin xəzinəsi boşaldığından dövlət ordunu ixtisar etməyə məcbur olmuşdu. Bundan istifadə edən Mir Mahmud on minlik qoşunla ilk yürüşünə başlayır. O irəliləyərək Yəzd və Kirman şəhərlərini tutur. Lakin o, Şah Sultan Hüseynin bacarıqlı sərkərdəsi Lütfəli xan tərəfindən geri çəkilməyə məcbur edilir. Mir Mahmud Qəndəhara geri çəkilir və burada qoşun yığmağa başlayır. Mir mamud daha bir yürüşə başlayır və yenə də Yəzd və Kirman şəhərlərini tutur. Mir Mahmudun bu dəfə işi onda gətirirki, bu zaman Lütfəli xan həbs edilmişdi. O bu şəhərləri qarət edib, İsfahana doğru irəliləyir. Şah Sultan Hüseyn İsfahanda təcili qoşun yığmağı əmr edir oğlu Təhmasibi isə (gələcək Şah II Təhmasib) şimala ordu yığmaq üçün göndərir. Bu zaman İsfahanda təcili olaraq ordu yığılır və Şah Sultan Hüseyn bu ordunun başında İsfahana qədər gəlib çatmış Mir Mahmudu qarşılamağa gedir. Səhər açılanda iki ordu üzləşir.
Səfəvi ordusu sağ cinah, sol cinah və mərkəz olaraq üç hissəyə ayrılmışdı. Cinahlarda sayları 30 min olan süvarilər toplanmışdı. Sağ cinaha Rüstəm xan, sol cinaha isə Məhəmmədqulu xan Şamlı başçılıq edirdi. Mərkəzdə piyadalar və topçular dururdu. Ərəb hakimi həm də ərəb atlılarına başçılıq edirdi. Əfqan ordusu 4 dəstə şəklində ən güclü döyüşçülər mərkəzdə olmaqla düzülmüşdü. Sağ cinahda İmanullah xanın, sol cinahda isə zərdüşti əsgərləri düzülmüşdü. Arxa tərəfdə zənburəklər yerləşdirilmişdi.
Döyüş Səfəvi ordusunun sağ cinahının əfqanlara qarşı uğurlu hücumu ilə başladı. Bundan ruhlanan ərəb hakimi sol cinahdan əfqan ordusuna doğru irəllədi. Əfqanların sol cinahı əzildi və ərəb hakiminin dəstəsi əfqan qərargahına çatdı. Lakin əsgərlər sıraları pozdular və qənimət toplamaqla məşğul oldular. Əfqanlar dağılmış süvariləri görüb onlara hücum etdilər və Səfəvi topçuları zərərsizləşdirildi. Bundan sonra əfqan topçuları Səfəvi piyadalarını top atəşinə tutdular. Top atəşi ilə Səfəvi ordusu geri çəkildi. Əfqanlar qələbə qazandılar.[1]
Nəticədə əfqanlar Səfəvilərin içərilərinə doğru irəllədilər və İsfahana yaxınlaşdılar. Səfəvi əyanları Sultan Hüseynə İsfahandan çıxmağı məsləhət gördülər, lakin şah bu təklifi qəbul etmədi.