Gümüşü iydə

Gümüşü iydə

Gümüşü iydə
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikada yayılmışdır. Yabanı halda Kanadada bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

İynəsiz, enli şaxələnmiş çətiri olan yarpağı tökülən, 5 m-ə qədər hündürlükdə kol və ya kiçik ağacdır. Zoğları qırmızı-qonur rəngli qabıqla örtülmüşdür. Yarpaqları yumurtaşəkilli və ya uzunsov-neştərvarı olub, uzunluğu 3–8 sm-dir. Hər iki tərəfdən gümüşü rənglidir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri xırda, içəri tərəfdən sarı, çox ətirlidir, 1–3 ədədi birlikdə yarpaqların qoltuğunda toplanmışdır. Meyvələri oval və ya şarşəkilli, ölçüsü 1–2 sm-dir, gümüşü qabıqlarla sıx örtülmüşdür. Çoxlu kök pöhrələri verir. Toxum, qələm və kök zoğları ilə çoxalır.

İşıqsevəndir, yarımkölgəyə dözür və daha çox soyuğadavamlıdır. Torpağa tələbkar deyil və gillicəli, qumluca torpaqlarda yaxşı bitir. Şəhər şəraitinə davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeronda, Qobustanda, Kürdəmirdə rast gəlinir.

Budanmanı yaxşı götürür. Gümüşü rəngdə yarpaqları çox dekorativ görünür. Tək və qruplarla əkinlərdə, canlı çəpərlərin salınmasında istifadəsi məqsədyönlüdür. Qumluqların və yamacların bərkidilməsi üçün yararlıdır.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]