Günəştəpə yaşayış yeri

GünəştəpəAzərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Eneolit və Erkən Tunc dövrünə aid olan yaşayış yeri Füzuli şəhərinin şimalında, Köndələnçayın sağ sahilində yerləşir.

Günəştəpə yaşayış yeri
Günəştəpə yaşayış yeri
Status Ölkə əhəmiyyətli
Şəhər Füzuli şəhəri
Yerləşir Köndələnçayın sağ sahilində
Kəşf tarixi E.ə. II-I minilliklər[1]

Abidənin İlk Tunc dövrünə aid mədəni təbəqəsinin qalınlığı 2 m-dir. Bu təbəqədə qaya parçaları və çay daşlarından tikilmiş, gil məhlulu ilə bərkidilmiş dairəvi formalı yaşayış binasının qalıqları aşkar olunmuşdur. Binanın diametri 7 m- dir. Divarların ətrafında xeyli suvaq və çiy kərpic parçalarının qeydə alınması, divarların daş təməl üzərində çiy kərpicdən tikildiyini göstərir.

E.ə. II minillikdə Günəştəpə qəbiristana çevrilmişdir. Оrоnim iki — "Günəş" və "təpə terminlərindən ibarətdir. Həmin ərazini Günəş şüası çоx tutduğu üçün əraziyə Günəştəpə deyilir. Tədqiqatlar Günəştəpənin e. ə. V-III minilliklərdə оturaq əkinçi-maldar əhaliyə məxsus оlduğunu göstərir.

1964-cü ildə aparılmış arxeoloji qazıntılar zamanı yaşayış yerindən Kür-Araz mədəniyyəti üçün xarakterik olan qara cilalı gil qab parçaları, daş və sümükdən hazırlanmış əmək alətləri, heykəlciklər, əkinçilik alətləri və s. aşkar edilmişdir. Arxeoloji qazıntılar Günəştəpə yaşayış yerinin Erkən Tunc dövrünün yalnız müəyyən mərhələsində mövcud olduğunu göstərir.

  • Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Günəştəpə yaşayış yeri" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2019-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2020.
  • "Qarabağda tunc dövrü boyalı qablar istehsalı ocaqları". anl.az. İstifadə tarixi: 3 noyabr 2020.