Günəbaxan yağı – günəbaxan tumundan alınan yağ.
Günəbaxan yağının tarixi 1829 – cu illərə təsadüf edir. Belə ki, ilk dəfə indiki Belqorod əyalətinin ərazisində yerləşən Alekseyevka kəndində yaşayan adi kəndli Daniil Bokarev günəbaxan tumundan kəhrəba rəngli məhsul – yağ almışdır. Bu ideyanı Daniil Bokarev düşünməsə idi, bu vaxta qədər ruslar XVIII əsrin əvvəllərində Hollandiyadan gətirilmiş bu qəribə çiçəyin tumunu çırtlayır və digər təyinatlarından isə xəbərsiz olaraq qalacaqdılar.
Bu gün Bokarev tərəfindən düşünülmüş fikir soyuq sıxma adlanır. Bu üsuldan cənub kəndlərində hələ də istifadə edilir. Soyuq sıxma zamanı yağ çox dadlı və ətirli alınır, onun tərkibindəki bioloji aktiv komponentlərin demək olar ki, hamısı saxlanılır. Bir şey pisdir ki, soyuq sıxmanın uzun müddət saxlanıla bilmir, tezliklə acı dad verir. Lakin insanlar rəngi solmuş yağa 1 litr üçün bir çay qaşığı olmaqla duz əlavə edərək bir neçə gün saxlayırlar və başqa bir butulkaya tökürlər, çöküntünü isə əvvəlki butulkada saxlayırlar. Günəbaxan tumları isti sıxmaya yerləşdirildikdə, artıq günəbaxan deyil, dağılmış məhsulların ətrini verən intensiv rənglənmiş yağ alınır. Onun tərkibindəki zülalların azlıq təşkil etməsi uzun müddət saxlanmasına səbəb olur .
Tumlardan yağ çəkilməsinin ən müasir üsulu olan ayırma zamanı yağ xüsusi ağzı bağlı benzində həll edilir, və sonra su buxarı ilə kənarlaşdırılır. Bu üsulla 90 % yağ alınır. Təmizlənmə səviyyəsinə əsasən maye yağ xam, rəfinə edilməmiş və rəfinə edilmiş olur. Xam yağ yalnız süzgəcdən keçirilir, ona görə də o tam dəyərlidir. Rəfinə edilməmiş yağlar saxlanılır, süzgəcdən keçirilir, isti su ilə emal edilir ( zülali və selikli maddələr qabardılır, çökdürülür və xaric edilir) və neytrallaşdırılır ( sərbəst yağ turşuları xaric edilir). Rəfinə edilmiş yağları yüksək səviyyəli təmizləmə prosesi nəticəsində alırlar. Onun tərkibindən rəng və qoxu verən maddələr xaric edilir.
Günəbaxan yağı yağ əridən vitamin hesab olunan E vitamininin başlıca mənbəyidir. E vitamini ateroskleroz və digər ürək xəstəliklərindən müdafiə edən mükəmməl antioksidləşdiricidir. O immun sistemini möhkəmləndirir, yaşlanmanı əngəlləyir və nəhayət, qara ciyər üçün çox vacibdir. Tərkibindəki E vitamini sayəsində günəbaxan yağı cinsi və digər endokrin vəzilərin funksiyalarına təsir edir, zülallar və karbohidratların mübadiləsində iştirak edir, yaddaşı gücləndirir. Günəbaxan yağının digər vacib bir komponenti isə doymamış yağ turşularıdır. Bu turşular F vitamini adlanır və qara ciyər hüceyrələrinin, bağırsaqlar və sinir tellərinin fəaliyyəti üçün çox vacibdir.
Unutmayın ki, güclü isinmə zamanı bitki yağının faydalı xüsusiyyətləri itir, bir müddətdən sonra isə ümumiyyətlə sağlamlıq üçün zərərli olur. Ona görə də heç vaxt istifadə edilmiş eyni yağda bir neçə dəfə qızartma hazırlamayın. Günəbaxan yağından ən faydalı istifadə onun salatlarda istifadə edilməsidir. Təzə tərəvəz və göyərtilər sizin orqanizminizi suda həll olan vitaminlər, günəbaxan yağı isə yağı həll edən vitaminlərlə gündəlik normanı təmin edəcək. Digər bir nüans isə bundan ibarətdir ki, yalnız yağların iştirakı ilə beta- karotin tərəvəzlərdən A vitamininə çevriləcək. Beləliklə, günəbaxan yağı salatlar üçün ideal variantdır.