Gün Ana

Gün Ana - türk və altay mifologiyasında Günəş Tanrıçası. Kün Ana və ya Günəş (Küneş) Ana olaraq da bilinər. Bəzən Yaşık Ana da deyilir. Monqollar Nar (Nara) Ece deyirlər. Altay türklərinin inancında göy aləminin ən yüksək qatında oturan, günəş tanrıçası olaraq görülə biləcək müqəddəs bir varlıqdır. Bu inanca görə Gün Ana insanların ilk böyük anası və Ay Ata ilk böyük atasıdır. Göyün yeddinci qatında oturar. Türklərlə də əlaqəli bəzi ön Asiya kültürlerinde dişi olaraq qəbul edilmişdir. İndiki vaxtda qızlara Günəş adının verilməsinin səbəblərindən biri də budur. Türklərdə günəş istinin ay isə soyuğun simvoludur. Ural Batır əfsanəsində göy ilahı Samravın iki arvadı vardır birinin adı Kuyaş Anadır. (Digəri də Ay Anadır.)

Gün Ana
Mifologiya Türk mifologiyası
Yer Səma

Ziya Gökalp belə deməkdədir: "Qədim türk tələqqisine görə, xaqanla xatun göy ilə yerin övladlarıdır. Günəş Ana ilə Ay Ata onların göy üzündəki nümayəndələri idi. Xaqanın müməssili olan Ay Ata, göy üzünün altıncı qatında, xatunun müməssili olan Gün Ana isə daha üstdə, səmanın yeddinci qatında idi.

  • Murat Uraz, Türk Mifologiyası
  • Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0)  (türk.)
  • Ziya Gökalp, Türk Medeniyeti Tarihi II, İstanbul, 1974, s. 211.

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]