Günay Rzayeva

Günay Tapdıq qızı Rzayeva (29 yanvar 1990, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) (2022-ci ildən).

Günay Rzayeva
bayraq
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
bayraq2
Vəzifədədir
16 iyul 2022-ci ildən
ƏvvəlkiÜlkər Bayramova
Şəxsi məlumatlar
Doğum tarixi 29 yanvar 1990(1990-01-29) (34 yaş)
Doğum yeri Naxçıvan, Naxçıvan Muxtar Respublikası, Azərbaycan

Günay Rzayeva 29 yanvar 1990-cı ildə Naxçıvan şəhərində anadan olub.

  • 2008-ci ildə Naxçıvan Qızlar Liseyini fərqlənmə attestatı ilə bitirmişdir.
  • 2008–2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsində Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almışdır.
  • 2011–2014-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsində böyük mütəxəssis-dəftərxana müdiri, 2014–2015-ci illərdə hakim köməkçisi vəzifəsində çalışmışdır.
  • 2020–2021-ci illərdə Babək Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində çalışmışdır.
  • 2021–2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
  • 16 iyul 2022-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir.