Günbəz

Məscid günbəzi

Günbəz — dairəvi, çoxbucaqlı və ellipsvarı bina və qurğuların üstünü örtmək için istifadə edilən yarım kürə şəklindəki memarlıq və mühəndislik elementi. Günbəz vasitəsilə əlavə dayaqlar qoymadan çəx böyük sahənin üstünü örtmək mümkündür. Vertikal düşən yükdən günbəz konstruksiyalarda sıxılma gərginliyi yaranır və ağırlıq kənar dayaqlara düşür.

Günbəzlərin qurulması ta qədim zamanlardan məlum idi. Ancaq böyük və mürəkkəb günbəzlər Qədim Roma dövründə məbədlərin və böyük ictimai binaların tikintisi zamanı geniş tətbiq edilirdi.