Gündəlik Azərbaycan (qəzet)

Gündəlik Azərbaycan — Gündəlik ictimai-siyasi qəzet. 2005-ci ilin avqust ayında təsis edilmiş, 2007-ci ilin mayında çapını dayandırmışdır. Təsisçi və baş redaktoru Eynulla Fətullayev, Şef redaktoru Şahvələd Çobanoğlu idi.

Gündəlik Azərbaycan
Növ Gündəlik ictimai-siyasi qəzet
Format A3
Təsisçi Eynulla Fətullayev
Baş redaktor Eynulla Fətullayev
Redaktor Şahvələd Çobanoğlu
Yaranma tarixi 2005
Dil azərbaycan dili

”Gündəlik Azərbaycan” qəzeti 2005-ci ilin avqust ayında təsis edilib. Qəzet 2007-ci ilin may ayınadək nəşr olunub. Səs-küylü məqalələri ilə yadda qalan, qanqster Hacı Məmmədovun heç yerdə dərc olunmayan şəkillərini verən “Gündəlik Azərbaycan” bir sıra dairələri əməlli-başlı silkələyə bilmişdi. 2007-ci ilin mayında təsisçi və baş redaktor Eynulla Fətullayevin həbsi ilə “Gündəlik Azərbaycan”ın da nəşri dayandı.[1]

  1. "Azərbaycanda nəşri dayanmış maraqlı və populyar qəzetlər" (az.). musavat.com. 22.07.2014. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.