Günel Həmidova

Günel Həmidova- Azərbaycan kino və teleserial aktrisası.

Günel Həmidova
Doğum tarixi (37 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

24 oktyabr 1985 ci ildə Bakı şəhərində anadan olub. 176 nömrəli məktəbdə təhsilini başa vuruqdan sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqişünaslıq” ixtisası üzrə ali təhsilini Fərqlənmə diplomuyla bitirmişdir. Hal-hazırda aktrisa kimi fəaliyyət göstərsə də zaman-zaman müxtəlif kanallarda aparıcılıq sənətilə də məşğul olmuşdur.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Öncəliklə aktrisalıq fəaliyyətinə Bakı uşaq teatrında başlayan Günel Həmidova hal-hazırda bu fəaliyyətini müxtəlif film və seriallarda rol almaqla davam etdirir. Xəzər tvdə nümayiş olunan “Həyat varsa” telesrialının bəxtsiz gəlin buraxlışında “Aysu” obrazını, “Gözlənilməz zəng” adlı buraxlışında isə “Nərmin” obrazını canlandırıb. Bundan başqa onun digər qısa metrajlı filmi “Tələs ömrümə” filmi olmuşdur ki burda o “30 yaşlı, subay müəllimə” rolunu canlandırıb. 2013-2016 cı illərdə Xəzər tvdə nümayiş olunan “Bir ailəm var” teleserialında “Səma” obrazında tamaşacıların qarşısına çıxan Günel Həmidova hal-hazırda Atv kanalında nümayiş olunan “Sən olmasaydın” adlı teleserilın “Ləman” adlı obrazıyla, ARB kanalında nümayiş olunan "Uçurum" teleserialında Nərminə rolu ilə çıxış edir.Xəzər tv də yayımlanan "Qayıdış"serialında Qumru obrazında çıxış edir

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]