Güngörməz qalası

Güngörməz qalasıHacıqabul rayonu, İkinci Udullu kəndi ərazisində yerləşən arxeoloji abidə.

Güngörməz qalası
Ölkə  Azərbaycan
Şəhər Hacıqabul
Yerləşir İkinci Udullu
Aidiyyatı ilk orta əsrlər
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiÖlkə əhəmiyyəti

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Güngörməz qalası rayon mərkəzindən 45 kilometr aralıda yerləşir. Mənbələrə görə, bu yaşayış yerinin tarixi antik dövrdən XVII əsrə qədər olan böyük bir müddəti əhatə edib. Deyilənlərə görə, qala gün düşmədiyi üçün "Güngörməz" adlandırılıb. Düşmən hücumlarından qorunmaq üçün inşa edilən qala dağın ən hündür zirvəsində tikilib. Divarlarının eni 3 metrdir. Daxilində isə əlavə divarlar mövcuddur. Bu divarların da aşağı hissəsi 2 cərgə nəhəng sal daşlardan ibarətdir. Güman edilir ki, siklopik qalaları xatırladan "Güngörməz" qalasının inşasından əvvəl də bu ərazidə müdafiə qalası mövcud olub. "Güngörməz" qalasının tikintisində də siklopik qala qalıqlarından da istifadə edilib. Tarix-diyarşünaslıq evinin direktoru Sərdaxan Təhməzov bildirib ki, ərazidə qazıntı işləri aparılarkən küp qəbirlər, varlı adamlara məxsus məzarlar, saxsı qablar, daş dövrünə aid müxtəlif əşyalar və s. tapılıb[1]. Qəbirlərdə onların işlətdikləri əşyalar, silahlar aşkar edilib. Həmin əşyalar rayonun tarix-diyarşünaslıq muzeyinə verilib. Arxeoloji abidədə yeni tədqiqat işlərinin aparılmasına ehtiyac var.

  1. Babayev, Mahir. "Düşmən hücumlarından müdafiə olunmaq üçün inşa edilən "Güngörməz" qalasının tədqiqinə ehtiyac var". azertag.az. 24.06.2016. 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-23.