Günvurma

Günvurma — əsasən 5 yaşdan aşağı, 65 yaşdan yuxarı insanlarda, xərçəng, şəkər xəstələri, təzyiq və böyrəkləri ilə bağlı problemi olan insanlarda, düzgün qidalanmayan və yanlış pəhriz saxlayanlarda, psixoloji problemi olanlarda və hamilə qadınlarda təsadüf edilir.[1]

Günvurma ağırlıq dərəcəsinə görə 3 yerə ayrılır:

  • yüngül dərəcə
  • orta dərəcə
  • ağır dərəcə[2]

Yüngül dərəcə

[redaktə | mənbəni redaktə et]

Ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, təngnəfəslik, nəbzin döyünməsinin sürətlənməsi, baş ağrıları ilə müşahidə edilir.

Kəskin baş ağrıları, qaytarma-qusma, qulağın batması, son dərəcə halsızlıq, bədəndə temperaturun artması, huşitirmə halları ilə müşahidə olunur.

Ağır dərəcə

[redaktə | mənbəni redaktə et]

Günvurmanın ağır forması hətta, ölümlə nəticələnə bilər. Kəskin halsızlıq, temperaturun 40 dərəcədən yuxarı qalxması, nəcis və sidiyin qeyri-iradi şəkildə xaric olması, qarabasmaların gözə görünməsi, koma ilə müşahidə olunur.

  • Bədən hərarətinin 41 °C-dək yüksəlməsi.
  • Qızarmış quru dəri.
  • Əsəbilik.
  • Huşun itirilməsi.
  • Tezləşmiş zəif nəbz, ürək ritminin pozulması.
  • Tezləşmiş səthi tənəffüs.[3]
  • Zərərçəkmişin sərin yerə aparılması.
  • Ona sərin su vermək.
  • Vəziyyətinə nəzarət etmək və pisləşmə olarsa, nəzərdən qaçırmamaq.
  • Dar, isti və tərli geyimdən azad etmək.
  • Qasıq, qoltuqaltı və boyun nahiyələrinə soyuq yaş kompres qoymaq, zərərçəkmişin bədənini məsafələrlə bükərək soyutmaq, havanın ventilyasiyasını təmin etmək.
  • Dərini spirtlə silmək olmaz, spirt məsamələri daraldaraq istiliyin xaric olmasına mane olur.
  • Günvurma zamanı qəflətən tənəffüsün dayanması və yaxud miokard infarktı inkişaf edə bilər, reanimasiya tədbirlərinə hazır olmaq gərəkdir.[4]
  1. yeniavaz.com. "Günvurma zamanı İLK TİBBİ YARDIM necə olmalıdır?". www.yeniavaz.com (ingilis). İstifadə tarixi: 2023-09-09.
  2. MasterStudio.az. "Günvurma və istivurma". HSE.az (ingilis). İstifadə tarixi: 2023-09-09.
  3. "Günvurma zamanı nə etməli?". Yeni Azərbaycan (ingilis). 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-09.
  4. "Günvurma - əlamətləri və ilkin yardım | Med-portal.az" (az.). 2020-05-25. 2022-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]