Gürcü Milli Şurası - Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Bakıda fəaliyyət göstərən milli şuralardan biri.
1918-ci ilin aprelində gürcü icması tərəfindən yaradılmışdı. Şura Bakıda yaşayan gürcülər arasında geniş mədəni-maarif işi aparmış, o cümlədən gürcü məktəbi açmış, öz soydaşlarına himayədarlıq etmiş, imkan daxilində hər cür yardım göstərmişdi. Şuranın sədri Konstantin Dimitriyeviç Mikeladze idi. Sayca az olmalarına baxmayaraq, ölkədə yaşayan gürcülərin mənafeyini təmsil etdiyi üçün Gürcü Milli Şurasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə 1 nəfər deputat (Tsxokaya Qriqori İvanoviç) daxil edilmişdi. Erməni Milli Şurasında fərqli olaraq, Gürcü Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq fəaliyyətində iştirak etməmişdir.[1]