Gürcüləşdirmə – Gürcüstan Respublikası həmçinin gürcü kilsə və millətçi mərkəzlərin iddia etdikləri ərazilərdəki qeyri-gürcü etnik qrupların, toponimlərin, maddi-mədəni irsin ənənəvi gürcü mədəniyyətinin və tarixinin, o cümlədən etnik kimliyinin tərkib hissəsinə çevirmək cəhdi.
Gürcüstanda gürcüləşdirmə siyasəti planlı şəkildə əsasən sovet quruluşunun bu ölkədə bərqərar olmasından sonra həyata keçirilməyə başlanmışdır. Korenizasiya proqramının tərkib hissəsi kimi 1920-30-cu illərdə bu ölkənin qərb hissəsində məskunlaşmış azsaylı meqrel və svanların çoxsaylı etnik qrup olan kartlilərin dominantlığı altında assimiliyasiya prosesi həyata keçirilmişdir[1][2]. Digər tərəfdən Acarıstanda müsəlman adət-ənənələrin, adlarının qadağan edilməsi və ya sıxışdırılması nəticəsində bu regiondakı əhali arasında özünü gürcü hesab edən insanların sayı artmışdır.[3]
Gürcüstan azərbaycanlıları Gürcüstan hüdudlarında qalmış öz tarixi torpaqlarında yaşayan xalqdır. 1929-cu ildə Gürcüstanın tərkibindəki Borçalı qəzası ləğv edilərək üç rayona bölünmüşdür: Borçalı, Lüksemburq (daha sonradan Bolnisi), Başkeçid (daha sonrada Dmanisi). Borçalı adı 1949-cu ilədək saxlandıqdan sonra, indiki Marneuli toponimi ilə əvəzlənmişdir. SSRİ-nin dağılmasından sora isə bu rayonların əsasında Kvemo-Kartli quberniyası yaradılmışdır.[5]
1940-1950-ci illərdən etibarən Borçalıdakı yer adlarına tətbiq olunan gürcüləşdirmə siyasətində əsas məqsəd yerli əhalini uzaq tarixi keçmişi ilə birləşdirən bağları qırmaq, sakinlərə bu bölgələrə gəlmə olduqlarını təlqin etmək və milli-etnik kökə malik maddi-mənəvi abidələri dağıtmaq idi.
Araşdırmalar göstərir ki, Gürcüstandakı türk kökənli yer adlarının dəyişdirilməsi prosesi Bolnis (Bolnisi) bölgəsindən başlayıb: Qoçulu-Çapala, Cəfərli-Samtredo, Mığırlı-Vanati, İmirhəsən-Savaneti, Aşağı Qoşakilsə-Kvemo Arkvani, Muğanlı-Farizi, Kolagir-Surtava, Daşlıqullar-Muxrani, Həsənxocalı-Xidisquri, Əsmələr-Mskneti kimi süni əvəzləmələr aparılıb.
İndiki Gürcüstan ərazilərində yığcam yaşayan başqa bir türk topluluğuna qarşı olan gürcüləşdirmə siyasəti isə bugünkü leksikonda Ahıska türkləri adlandırdığımız Ahıska, Adıgün, Aspinza, Axalkələk bölgələrində məskunlaşmış türklərə qarşı olmuşdur.
Bundan başqa Tiflisdəki Ortacala, Saburtala, Meydan, Nəftillik, Şeytanbazar, Soğanlıq kimi toponimlər olsa da, bu toponimlər sovet dövründən başlayaraq dəyişdirilmiş, lakin el arasında yenə köhnə adları ilə deyilməkdədir.[6]
Siryox - Sirioxi, Qurgəl - Qurgeli, Sür -Sviri, Cunta - Çvinta, Qurutuban - Kurtubani, An - Ani, Sxaltuba - Tekoltibila, Oral - Orali, Minazə - Minadze... (Ahıska rayonu üzrə), Səbuzər - Sabuzara, Beynarə -Benara, Varxan - Varxani, Sakraze - Tsaqradze, Abastuban - Abastumani, Adıgün - Adıqeni, Qorgül - Qorquli, Aral - Arali... (Adıgün rayonu üzrə), Qəmze - Kamza, Aşağı Oşora - Aşoranij, Van - Vani, Qoyundərə - Koiundara, Varxan - Varxani... (Aspinza rayonu üzrə), Azmana - Dzmana, Miraşxana - Miraşxani, Dabana - Dabania, Damğalı -Damkali. (Axalgələk rayonu üzrə), Saramo - Saqamo (Boqdanovka rayonu üzrə)[5]. Zviad Qamsaxurdiyanın hakimiyyəti dövründə 32 kənd, çay və dağın Azərbaycan adları gürcü adları ilə əvəz edilmişdir. Z. Qamsaxurdiyadan sonra hakimiyyəti ələ alan Eduard Şevarnadzenin dövründə də azərbaycanlı əhaliyə qarşı münasibət birmənalı olmamış, əvvəlki səviyyədə olmasa da, borçalılara qarşı ayrı-seckilik siyasəti davam etmişdir. [7][8]