Gürzə ilə əlbəyaxa (film, 1984)

Azərbaycanda qeyri-adi laboratoriya vardır. Bu laboratoriyada adi insanlar işləyirlər. Onları herpentoloq, laboratoriyanı isə herpentoloji adlandırırlar.

Gürzə ilə əlbəyaxa
Janr sənədli film
Rejissor Teymur Bəkirzadə
Ssenari müəllifləri M.Sultanov
Teymur Bəkirzadə
Operator Şərif Şərifov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1984
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1984
Texniki məlumatlar 1 hissə
280 metr
35 mm
Rəng rəngli

Filmin qəhrəmanı Eldar Xanlarov hər gün 100-dən artıq gürzə ilə mübarizədən qalib çıxır. O, insanlara lazım olan zəhəri əldə edir. Zəhərdən isə insanları bir sıra xəstəliklərdən xilas edən çoxlu qiymətli dərmanlar hazırlanır. Bu laboratoriyada 2300 gürzə saxlanılır və dünyada ən nadir və ən iri "mağaza" hesab olunur.

Film Azərbaycan alimlərinin cəsarətli təcrübəsindən bəhs edir. Onlar inkubasiya şəraitində gürzə balasını almağa müvəffəq olublar. Gürzənin zəhəri isə insan həyatı üçün mübarizədə çox vacibdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Teymur Bəkirzadə
Ssenari müəllifi: M.Sultanov, Teymur Bəkirzadə
Operator: Şərif Şərifov
Səs operatoru: Akif Nuriyev