Güzəştli ticarət zonası

Güzəştli Ticarət Zonası (GTZ) və ya Güzəştli Ticarət Razılığı — üzv ölkələr arasında müəyyən məhsullara azad ticarəti təmin edən ticarət bloku. Bu sözügedən məhsullar üzərində bəzi tariflərin aradan qaldırılmasını nəzərdə tutur. GTZ ticarət anlaşmasının bağlanması ilə əldə olunur. Bu iqtisadi inteqrasiyanın ilk səviyyəsidir.

GTZ və azad ticarət zonası (ATZ) arasında fərq o qədər də böyük olmaya bilər, çünki Tarif və Ticarət üzrə Baş Sazişə görə, istənilən GTZ-nin məqsədi sonda ATZ yaratmaqdır. Bunun üstünlükləri Dünya Ticarət Təşkilatına üzv olan ölkələrin təcrübəsində görünür[1] .

  1. "CRS Report for Congress: Agriculture: A Glossary of Terms, Programs, and Laws, 2005 Edition - Order Code 97-905" (PDF). 2011-02-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-12-05.