Gəncə-Qazax düzənliyi — Azərbaycanda düzənlik. Kür çayı ilə Kiçik Qafqaz dağları arasındadır. Hündürlüyü 100 metrdən 550 metrədəkdir. Kür çayına doğru meyillidir. Gətirmə konusları var. Düzənlikdəki torpaq açıq şabalıdı torpaqdır. Kartof, taxıl, pambıq əkilir. Üzüm, meyvələr yetişdirilir.