Azərbaycan və onu əhatə edən regionlar üzərində baş verən atmosfer proseslərini, həm də fiziki-coğrafi vilayətlərin ayrı-ayrı hissələrinin iqlim xüsusiyyətlərini nəzərə alaraq respublika ərazisi 10 sinoptik-iqlim rayonuna bölünür. Bunlardan biri də Gəncə-Qazax rayonudur.[1]
Gəncə-Qazax rayonu atmosfer proseslərinin təkrarlanması ehtimalına görə Zaqatala-Şəki rayonu ilə analoq təşkil edir. Ancaq burada tropik havanın əraziyə daxil olması əsasən subtropik antisiklonla bağlıdır. Bu, rayonda fyon hadisələrinin yaranmasına gətirib çıxarır. Halbuki fyonlar Zaqatala-Şəki rayonunda demək olar ki, olmur. Bundan başqa cənub siklonlarının təsiri xeyli böyükdür.[2]