Gəncə Çini qablar zavodu — Gəncə şəhərində fəaliyyət göstərmiş çini istehsal müəssisəsi[1].
1970-ci illərin əvvəllərində açılan Gəncə Çini qablar zavodu 25 ildən çox müddətdə faəliyyət göstərib[1]. Zavod istehsal etdiyi Şərq dəstləri, çay, şərbət, gülab dəsti, çaydan, kasa, piyalə və s. məhsullarla adından söz etdirməyi bacarıb[1]. O vaxtlar çini qablara tələbat böyük olduğundan bu zavod sosialist ölkələrinə də çini qablar satırdı[1]. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın keçid dövründə müəssisə rəqabətə davam gətirə bilmir və 1996-cı ildə fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalır[1].
1998-ci ildə Gəncə Çini qablar zavodu özəlləşdirilir. Hazırkı hüquqi varisi isə "Gəncə çini qablar" ASC-dir[1].