Gəncə Özəl Türk Liseyi — Gəncədə Azərbaycan-Türkiyə özəl liseyi. İndiki "İstək" liseyi
Bu gün qədim mədəniyyət və maarif mərkəzi olan Gəncədə Gəncəbasar ərazisindən (Gəncə, Goranboy, Göygöl, Samux, Şəmkir, Gədəbəy, Daşkəsən, Tovuz, Qazax, Ağstafa) 340 şagirdə təhsil verən lisey onları elmli, bilikli, Azərbaycan xalqının adət-ənənələri ilə və XXI əsrin tələb etdiyi elmlərlə gələcəyə hazırlamağa calışır.
Ümumtürk mədəniyyətində, Azərbaycan tarixində öz dəst-xətti olan Gəncəyə və gəncəlilərə maarif xidməti göstərmək kimi bir şərəfə nail olan məktəb pedaqoji kollektivi nizamilər, məhsətilər, Cavad xanlar yurduna, onun əhalisinə layiq olmağa çalışır.
Onun ilk – 2005-ci ildə 43 məzunundan 42 nəfəri ali məktəblərə qəbul olunmuş, hər dörd nəfərdən biri imtahanlarda 600-dən yuxarı bal toplamış, 10 nəfəri xarici dövlətlərin universitetlərinə qəbul olunmuşdur. 2006-cı ildə isə 41 məzundan 40 nəfəri ali məktəblərə qəbul olunmuş, onlardan 5 nəfəri 600-dən yuxarı bal toplamış, 5 nəfər isə xarici dövlətlərin universitetlərinə qəbul edilmişdir.
2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Gəncə Özəl Türk Liseyi bağlandı.
2014-cü ilin sentyabr ayında "İstək" liseyi (və ya 26 nömrəli tam orta məktəbin 2-ci pilot binası, Fizika-riyaziyyat təmayüllü lisey) adından yenidən fəaliyyətə başladı.