Gəncə Humanitar Kolleci

Gəncə Humanitar Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi[2]

Gəncə Humanitar Kolleci
Tip orta-ixtisas təhsili müəssisəsi
Tələbə sayı 2322[1]
Müəllim sayı 434[1]
Şəhər Gəncə
Ünvan Gəncə şəhəri

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır:[3]

  • Peşə təlimi;
  • Musiqi müəllimliyi;
  • Təsviri incəsənət müəllimliyi;
  • Ailə və ev təhsili;
  • Məktəbəqədər təlim və tərbiyə;
  • Dizayn;
  • Maliyyə işi;
  • Bədən tərbiyəsi və idman.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Humanitar Kolleci Gəncə Texniki Kolleci ilə birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır.[4]

  1. 1 2 "Gəncədə təhsil". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-11.
  2. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine  (az.)
  3. 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı.[ölü keçid]  (az.)
  4. "Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında" Arxivləşdirilib 2018-08-21 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarı. edu.gov.az  (az.)