Gəncə Olimpiya İdman Kompleksi

Gəncə Olimpiya İdman Kompleksi — Kompleksin l korpusu 2002-ci ildə tikilib istifadəyə verilib. 2006-cı ildə kompleksin ll korpusu inşa olunub.

Gəncə Olimpiya İdman Kompleksi
Yeri Gəncə
Tikilib 2002 sentyabr 12
Tamaşaçı tutumu 900 nəfərlik idman zalı, 220 nəfərlik güləş zalı, 120 nəfərlik örtülü üzgüçülük hovuzu, 160 nəfərlik basketbol meydançası.

Ümumi sahəsi 3 hektar olan kompleksin əsas binasında 2 zal var: tamaşaçı tutumu 900 nəfər olan idman zalı (48x22 m) və 220 nəfərlik güləş zalı (32x22 m). Örtülü üzgüçülük hovuzu (ölçüsü 25×15 m, tamaşaçı tutumu 120 nəfər), 10 geyinib-soyunma, 1 köməkçi və 1 məşqçi-müəllim otaqları, 1 məşq zalı (ölçüsü 9x15m), 1 konfrans zalı (ölçüsü 18x6m), 2 kafe, inzibati otaqlar və qarderob (tutumu 1000 nəfər) fəaliyyət göstərir.

Kompleksin ərazisində açıq basketbol meydançası (tamaşaçı tutumu 160 nəfər) da inşa edilib. Hal-hazırda kompleksdə idmanın 12 növü üzrə 28 bölmə fəaliyyət göstərir. Gün ərzində kompleksdə 700-ə yaxın idmançı məşğul olur. Kompleksdə 18 məşqçi-müəllim müqavilə əsasında fəaliyyət göstərir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İdman Kompleksləri" (az.). https://mys.gov.az. 09.02.2023 tarixində arxivləşdirilib.