Gəncə xanlığının bayrağı

Gəncə xanlığının bayrağıGəncə xanlığında istifadə olunmuş bayraqlar. 3 yanvar 1804-cü il tarixində Gəncə qalasının işğalı zamanı hərbi qənimət kimi Gəncə xanlığına məxsus 8 bayraq və bir ələmli ştandart ələ keçirilmişdi.[1]

Cavad xanın bayrağı

[redaktə | mənbəni redaktə et]

Bayrağın uzunluğu 127, eni isə 174 sm-dir. Dördkünc qumaş məxsusi toxunan və əl ilə bir-birinə tikilən moruğu və yaşıl rəngli xara parçalarından hazırlanıb. Yuxarı hissənin sol tərəfində üç qızılı rəngli gül dəstəsi, al qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilib.[2] Bayrağın yuxarı hissəində qırmızı dairənin içində ərəb əlifbası ilə zərlə "Allah" sözü yazılıb. Təbii elementlərdən olan gümbəzlər qırmızı rəngli ay-ulduzla bitir. Ortadan iki hissəyə bölünən çərçivədə Nisa surəsinin 95-ci ayəsinin sözləri həkk olunmuşdur: "Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır". Mərkəz hissə ara xətləri ilə on qata bölünüb. Bu qatlarda qızılı saplarla ərəbcə aşağıdakı yazı beş dəfə təkrarlanıb: "Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir". [3] Bayrağın üzərində, onun yuxarı hissəsində müasir Gəncənin gerbinə çevrilmiş orijinal aypara simvolunu yerləşir.[1]

2019-cu ilin iyun ayında Gəncə xanlığının tarixi bayrağının Rusiyanın Sankt-Peterburq şəhərində bərpa edilmiş nüsxəsi Gəncə şəhərinə gətirilib.[4]

  1. 1 2 ganjanews.az. "Gəncə xanlığının tarixi bayrağı ölkəyə gətirildi" (az.). 10/06/2019. 2020-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.
  2. qafqazinfo.az. "Gəncə xanlığının tarixi bayrağının nüsxəsi hazırlanıb" (az.). Elmar Əli. 09.06.2019. 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.
  3. anl.az. "Cavad xanın xanlıq bayrağının elementləri müasir Gəncənin simvoludur..." (az.). İradə Sarıyeva. 13 avqust,2014. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.
  4. oxu.az. "Gəncə xanlığının bayrağı Azərbaycana gətirildi" (az.). Nazir Quliyev. 9 iyun, 2019. 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.