Gəncəli məhəlləsi

Gəncəli məhəlləsiŞəkinin qədim məhəllələrindən biri.

Haqqında[redaktə | mənbəni redaktə et]

Şiələr kompakt halında Şəki şəhərində Gəncəli məhəlləsində məskunlaşmışlar. Gəncəli məhəlləsinin əhalisi Səfəvilər dövründə Şəkini idarə etmək və dayaq yaratmaq üçün Gəncədən Şəkiyə köçürülənlərin nəsilləridir. Şəkinin sünnü əhalisi şiələri "qızılbaş", bəzən də "qəcər" adlandırırlar. Məlumdur ki, şiə yönlü səfəvi təriqəti həm də "qızılbaş" adlanmışdır. Şiələrin "qızılbaş" adlandırılması Azərbaycanın başqa sünnü bölgələrində də (Qax, Zaqatala, Balakən rayonlarında və s.) özünü göstərir.[1][2]

Başqa məlumata görə buranın əhalisi İrandan və ya Xoydan Gələnlərlər məskunlaşmışlar.

Gəncəli məhəlləsində Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Bəxtiyar Vahabzadə, xalq artisti Əlövsət Sadıqov, dilçi Əbdüləzəl Dəmirçizadə, akademiklər Cəmil və Cəbrayıl Hüseynovlar, professor Yaşar Qarayev kimi böyük bir ziyalı bu məhəllədən yetişmişdir.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [1]
  2. L. Əşrəfqizi-Şəki folklor mühiti kitabı
  3. [2]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]