Gənc qələmlər — 1925-1926-ci illərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ədəbi dərnək[1]
Dərnəyin təşkilində Vahab Həsənzadə, Əvəz Sadıq, Abbas Gülməmmədov, Əyyub Abbasov, Məşdi Babayev yaxından iştirak etmişdir. Naxçıvan ədəbi gəncliyin inkişafında "Şərq qapısı" qəzeti də mühüm rol oynamışdır. Lətif Hüseynzadə, Məmməd Əkbər, Seyid Səbri, Nemət Hüseynov, Əli Zəbun, Məmmədəli Tarverdiyev, Məmmədhüseyn Təhmasib və başqa gənc şairlərin şeirləri müntəzəm olaraq qəzetdə dərc olunurdu.