"Gəncineyi-fünun" — Cənubi Azərbaycanda nəşr olunmuş jurnallardan biri[1][2].
Gəncineyi-fünun | |
---|---|
Baş redaktor | Məhəmmədəli Tərbiyət |
Yaranma tarixi | 1902 |
Ünvan | Təbriz |
H.Tağızadə, M.Şəbüstəri, H.Ədalətlə birgə Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Məhəmmədəli Tərbiyət tərəfindən çap olunmuşdur[1].
1902-ci ildə Təbrizdə nəşr olunan "Gəncineyi-fünun" tək Cənubi Azərbaycanda deyil, həmçinin bütün İranda ilk elmi-ədəbi jurnal hesab olunur[3].
Məhəmmədəli Tərbiyət 1921-1925-ci illərdə Cənubi Azərbaycanın maarif naziri vəzifəsini daşıdığı zaman, ölkəyə maarif və mədəniyyətin qorunmasına böyük qayğı göstərir. Həmin illərdə Təbrizdə "Gəncineyi-fünun" jurnalının nəşrini bərpa edir[3].
Bu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi[1].
Jurnalda nəşr olunan yazılar dörd mövzu ətrafında birləşirdi[3]: