Gənclərin İnkişaf və Karyera Mərkəzi

Gənclərin İnkişaf və Karyera Mərkəzi 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Gənclər Fondunun nəzdində fəaliyyətə başlamışdır.

GİKM
  • Gənclərin İnkişaf və Karyera Mərkəzi
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Yaradılma tarixi 1 oktyabr 2019
Tabelik Azərbaycan_Respublikasının_Gənclər_Fondu
Ünvan Azərbaycan, Bakı.C.Cabbarlı küç., 609, Globus Center
Rəhbərlik
Rəhbər Ramtiq Alızadə (Baş direktor)

Rəsmi saytı gikm.az

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınmışdır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, artıq 46 şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Bu ilin sonunadək isə ölkənin bütün şəhər və rayonlarda mövcud Heydər Əliyev mərkəzlərində də Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq.


Sərəncam[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 01 oktyabr 2019, 17:50 Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 4.0 (dörd) milyon manat ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nümayəndəliklər[redaktə | mənbəni redaktə et]

  1. Ağcabədi - Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 217; (021) 275 51 17
  2. Ağdam - Ağdam şəhəri, Heydər Əliyev pros., Zərifə Əliyeva küçəsi; (026) 325 07 59
  3. Ağdaş - Ağdaş rayon, Heydər Əliyev Meydanı 2; +99470 578 58 58
  4. Ağstafa - Ağstafa rayonu, Hüseyn Arif küç.1; (022) 225 17 90
  5. Astara - Astara şəhəri, İstiqlaliyyət küçəsi, 26 b; (025) 225 44 01
  6. Balakən - Balakən şəhəri, Səttar Gözəlov küçəsi 1; (+994) 50 404 43 45
  7. Bərdə - Bərdə şəhəri, Heydər Əliyev prospekti 97; (020) 205 05 03
  8. Biləsuvar - Mübariz İbrahimov küçəsi 213; (025) 295-04-21
  9. Beyləqan- Beyləqan şəhəri, Heydər Əliyev prospekti (021) 5-10-76
  10. Cəlilabad - Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242; (025) 245 30 51
  11. Gədəbəy - Gədəbəy rayonu, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospekti 1; (022) 326 00 19
  12. Gəncə - Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 535;
  13. Goranboy - Goranboy şəhəri, Heydər Əliyev prospekti; (+994) 55 626 35 45
  14. Göyçay - Göyçay şəhəri, Heydər Əliyev prospekti 98; (020) 274 09 11
  15. Göygöl - Göygöl şəhəri, Hummel küçəsi, H.Əliyev parkı; (022) 205 23 92
  16. Xaçmaz - Xaçmaz şəhəri, N. Nərimanov 72 A; (023) 325 25 93
  17. İsmayıllı - İsmayıllı şəhəri, Heydər Əliyev pospekti 57; (020) 285 16 04
  18. Qax - Qax şəhəri, N. Nərimanov prospekti 4;
  19. Qazax - Qazax şəhəri, Heydər Əliyev adına park; (022) 295 45 21
  20. Qəbələ - Qəbələ şəhəri, Heydər Əliyev prospekti 40; (024) 205 28 30
  21. Qobustan - Qobustan şəhəri, Heydər Əliyev prospekti 1; (020) 245 29 85
  22. Quba - Quba şəhəri, Heydər Əliyev prospekti; (023) 335 07 12
  23. Qusar - Qusar şəhəri, Həsən Əliyev küçəsi; (023) 385 36 01
  24. Lerik - Lerik şəhəri, Heydər Əliyev meydanı 02; (025) 274 60 32
  25. Lənkəran - Lənkəran şəhəri, Şirəli Axundov küçəsi; (025) 255 46 76
  26. Masallı - Masallı şəhəri, Qarabağ küç. 17; (025) 215 48 31
  27. Mingəçevir - Mingəçevir şəhəri, 20 yanvar küç. 172; (024) 274 68 47
  28. Neftçala - Neftçala şəhəri, Heydər Əliyev prospekti 34; (021) 263 40 42
  29. Saatlı - Saatlı şəhəri, Heydər Əliyev prospekti; (021) 285 21 86
  30. Sabirabad - Sabirabad şəhəri, Heydər Əliyev prospekti 95; (021) 235 64 18
  31. Samux - Samux şəhəri, Heydər Əliyev prospekti 165; (022) 275 21 51
  32. Siyəzən - Siyəzən rayonu, Heydər Əliyev küç. bina 90; (023) 304 20 75
  33. Sumqayıt - Sumqayıt şəhəri, Zülfü Hacıyev küç. 53; (018) 654 00 75
  34. Şabran - Şabran şəhəri, Heydər Əliyev prospekti 67A; (+994)77 353 44 64
  35. Şamaxı - Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27 A; (020) 265 15 03
  36. Şəki - Şəki şəhəri, Heydər Əliyev prospekti 216; (024) 244 92 02
  37. Şəmkir - Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5; (+994) 50 652 77 27
  38. Tərtər - Tərtər şəhəri, Heydər Əliyev prospekti 29; (022) 236 36 08
  39. Tovuz - Tovuz rayonu, Məşədi Əzizbəyov 1; (022) 315 44 01
  40. Yardımlı - Yardımlı rayonu, Heydər Əliyev prospekti 165; (+994)55 280 55 01
  41. Yevlax - Yevlax şəhəri, Nizami prospekti 61; (022) 336 18 00
  42. Zaqatala - Zaqatala küçəsi, Car küçəsi 1; (024) 225 21 32
  43. Beyləqan - Beyləqan rayon, Heydər Əliyev prospekti 7; (021) 225 10 76
  44. Füzuli - Füzuli rayon, Heydər Əliyev prospekti; (026) 315 50 38
  45. Ağsu - Ağsu rayonu, Azərbaycan küçəsi 25; (020) 226 29 22
  46. Kürdəmir - Kürdəmir şəhəri, Bakı prospekti 18; (020) 255 50 48
  47. Xızı - Xızı şəhəri, Heydər Əliyev küçəsi, 37; (023) 315 01 52

Əlaqə vasitələri[redaktə | mənbəni redaktə et]

Əlaqə nömrələri : +994 12 597 56 30; +994 70 440 51 43; +994 55 375 59 91;


İstinadlar[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı https://president.az/articles/34328