Gəngiz şorangəsi

Gəngiz şorangəsi (lat. Salsola nodulosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü.

Gəngiz şorangəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda təbii halda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Geniş şaxələnmiş, xırda kolcuqdur, boyu 15–20 (30) sm, diametri 15–25 sm, dib hissəsi odunlaşmışdır. Cavan zoğları qısa, bizvari, üçtillidir, uzunluğu 4–5 mm-dir. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşir. Sentyabr ayında çiçəkləyir. Meyvələrin qanadları böyrəkşəkilli və ya enli tərs yumurtavaridir. Narıncı və ya sarı-şabalıdı rənglidir, sonradan solğunlaşır. Vegetasiya əsasən, mart-aprel aylarında başlayır, avqust ayına qədər davam edir. Oktyabr ayında meyvələri yetişir. Toxumla çoxalır, ancaq cücərmə qabiliyyətini tez itirir.

Duza, quraqlıqlaşmış və şorakətləşmiş quru torpaqlarda bitir. Efemerlərin inkişafı və həmçinin torpaüstü mamır və şibyələr substratın duzluluq dərəcəsindən və ilin mövsümi iqlim şəraitindən asılı olaraq böyük dəyişikliklərə məruz qalır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Xəzər, Kür-Araz ovalıqlarında, Abşeron, Qobustan, Naxçıvan düzənliklərində, arandan aşağı dağ qurşağına qədər təpələrin quru şorlaşmış yamaclarında və hündür quru düzənliklərdə cəngəlliklər əmələ gətirir. Abşeronda dənizkənarı ərazilərdə təbii halda bitir.

Qış otlaqları üçün yararlıdır. Payız və qışda xırdabuynuzlu mal-qara, atlar və dəvələr gəngizi çox həvəslə yeyir. Bir kolun yaşıl yem kütləsi 50–120 q-dır. Gəngizin tərkibində (mütləq quru maddəyə görə) 8,84 soda və 2,56% potaş vardır. Payızda meyvəvermə dövründə dekorativ görünür. Eroziyaya uğramış, quru şorlaşmış yamacların bərkidilməsində istifadəsi məqsədyönlüdür.