Gərəgəzan

Gərəgəzan- Qusar rayonu ərazisində dağ.

Gərəgəzan dağı
Ümumi məlumatlar
Dağ sistemi Böyük Qafqaz
Yerləşməsi
Ölkə  Azərbaycan

Baş Qafqaz və Yan silsiləsində, orta dağlıq qurşaqdadır. Bəzən Kərkəzan variantında da qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, oronim ləzgi dilindəki gerger (vələmir) sözündəndir. Lakin dağın vələmir bitkisi ilə heç bir əlaqəsi ola bilməz. Oronim əslində, gərə (cərgə, sıra), gəz (gədiyin, dağ keçidinin on alçaq hissəsi) və -an (burada cəmlik bildirir) komponentlərindən düzəlib, "alçaq keçidləri olan dağ silsiləsi" deməkdir.[1]

Şahdağ (zirvə)

http://www.azerbaijans.

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik lüğəti I cild.Bakı,Şərq-Qərb,2007