Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Gərcəi sinaqoqu — Qubadakı Qırmızı Qəsəbədə yerləşən ibadət evi.
Gərcəi sinaqoqu | |
---|---|
Yerləşir | Qırmızı Qəsəbə, Quba, Azərbaycan |
Memar | Gilel ben Xaim |
Tikilmə tarixi | 1906 / 1816 |
Məbədin divar yazısında onun, 1906-cı ildə inşa olunduğu qeyd edilmişdir. Amma binanın fasadında başqa lövhə də var. Burada isə başqa tarix - 1816-cı il göstərilmişdir. Tədqiqatçılar hesab edir ki, bu lövhə daha qədim sinaqoqdan gətirilmişdir. Gərcəi dağ yəhudi icmasının sinaqoqu Gilel ben Xaim tərəfindən inşa edilmişdir.
Sinaqoqun fasadı müxtəlif ölçüdə və fərqli formada olan pəncərələrlə bəzədilmişdir. Keçmişdə bu pəncərələrə rəngli şüşələr vurularmış.
Sinaqoqun böyük dua zalı var. Zalı böyük, taxtadan hazırlanmış günbəz örtür. Günbəzin görünüşü Polşadakı taxta sinaqoqların dam örtüklərini xatırladır. Keçmişdə sözügedən sinaqoqun günbəzinin üstündə səkkizguşəli işıq fənərı var imiş.