Gərgincək

<td_align="right"_width="40%">Cins:<td_align="left">Qızılquş&action=edit&preload=Şablon:RedTaxLink/preload&editintro=Şablon:RedTaxLink/intro&preloadparams%5B%5D=<td%20align="right"%20width="40%">Cins:<td%20align="left">Qızılquş}}, taksonun sistematikasını təsvir etməlidir [[]].
:
† 
(Qızılquş]])[1]
???:
Kərkincək qızılquş

Kərkincək qızılquş (lat. Falco vespertinus) — qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[4]

Kərkincək qızılquş
Rotfußfalke Falco vespertinus.jpg
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{
Cins:Qızılquş
Cins:Qızılquş
Cins:Qızılquş
Cins:Qızılquş
Cins:Qızılquş
Beynəlxalq elmi adı
Falco vespertinus

Təsviri[redaktə | mənbəni redaktə et]

28–30 sm ölçüdə kiçik yırtıcı quşdur. Erkək fərdlər üçün bozumtul göy rəngli bel və qarın hissə, qırmızımtıl ayaqlar, dimdik və göz ətrafı halqa xarakterikdir. Dişilərdə sinə və qarın hissə narıncı rəngdədir. Göz ətrafı halqa qaradır.

Yayılması[redaktə | mənbəni redaktə et]

Şərqi Avropada, Qərbi və Mərkəzi Asiyada yuvalayır. Qışlamaq üçün Afrika ölkələrinə köç edir. Azərbaycanda olduqca azsaylı növdür. XX əsrin əvvəllərində Muğan düzündə və ortalarında az sayda payız köçündə Qızılağac qoruğu ərazisində qeydə alınmışdır. 2010-cu ildə isə ilk Şirvan Milli Parkının ərazisində 1 cütün yuvalaması qeydə alınmışdır və aparılan monitorinqin nəticələri bu cütün artıq üç ildir ki müntəzəm olaraq ərazidə yuvaladığını göstərir.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Dəniz səviyyəsindən 300–1500 m yüksəkliyə qədər ərazirlərdə yaşayır. Seyrək ağaclıqlar olan düzən ərazilərdə, əkin sahələri və otlaqlara yaxın sahələrdə yuvalayır. Qidasının əsasən iri cücülər, eləcə də kiçik quşlar və məməlilər təşkil edir.

Sayı[redaktə | mənbəni redaktə et]

Dünya populyasiyası 300,000–800,000 fərd, Avropa populyasiyası isə 26,000–39,000 cüt olaraq qiymətləndirilir. Azərbaycanda yuvalamada cəmi bir cüt məlumdur.

Qorunması üçün qəbul edilmiş tədbirlər[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, AB-nin Quş direktivinin 1-ci Əlavəsinə daxil edilmişdir. Avropa mühafizə statusuna malikdir (Vulnerable —həssas növ), CİTES, Bern və Bonn konvensiyalarına daxil edilmişdir. Şirvan Milli Parkında qorunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cins:Qızılquş
  2. Integrated Taxonomic Information System (ing.). 1996.
  3. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  4. "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.