Gərmic

Gərmic - Azərbaycanda quru, isti, yerli külək. Dağlıq sahələrdə (Talış dağlarında) və dağətəyi düzənliklərdə müşahidə olunur. Ən çox payızda və yazın əvvəlində əsir. Gərmic kənd təsərrüfatı bitkiləri üçün zərərlidir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.