GIGN

GIGN (fransızca: Groupe d'intervention de la Gendarmerie nationale) Fransa Milli Jandarmeriyasının xüsusi təyinatlılardan ibarət elit dəstəsidir. Bu dəstə indiyə qədər bir çox xüsusi əməliyyatlarda uğurla iştirak etmişdir.[1]

Groupe d'intervention de la Gendarmerie nationale (fransızca)
Növü Xüsusi təyinatlılar
Yaranma tarixi 1974-günümüzə
Ölkə Fransa Fransa
Tabedir Milli Jandarmeriya
Vəzifəsi Anti-terror, milli təhlükəsizlik, girov xilasetmə əməliyyatları
Sayı 380
Qərargah Yvelines, Fransa
Şüarı S'engager pour la vie (fransızca)
Təchizatı Müasir silahlar
Komandanlıq
Komandir Polkovnik Laurent Phélip
Məşhur komandirləri Christian Prouteau
Denis Favier
gendarmerie.interieur.gouv.fr/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

GIGN 1974-cü ildə baş verən Münxen qətliamından sonra yaradılmışdır. Təşkilatın baş qərargahı Paris şəhəri yaxınlığında Versal-Satoridə yerləşir. Əməliyyatların çox hissəsinin Fransa daxilində keçirilməsinə baxmayaraq, Fransa Silahlı Qüvvələrinin tərkib hissəsi kimi dünyanın istənilən yerində əməliyyat keçirə bilər. GIGN üzvləri indiyə qədər müxtəlif yerlərdə 1800-dən çox əməliyyatda iştirak etməklə, həmçinin 600-dən çox girov xilas etməklə dünyada terrorizmə qarşı mübarizə aparan ən təcrübəli birliklərdən hesab olunur.

  • Anti-terror əməliyyatları;
  • Girovların xilas edilməsi;
  • Silahlı şəxslərin zərərsizləşdirilməsi;
  • Məhbus üsyanlarının qarşısının alınması;
  • Cinayətkar və terroristlərin izlənilməsi;
  • Hərbi xüsusi əməliyyatlar;
  • Rəsmi dövlət nümayəndələrinin mühafizəsi;
  • Müharibə baş verən ölkədə səfirliyin mühafizə olunması;
  • Təlim.
  • Mayor Christian Prouteau: 1973–1982
  • Kapitan Poul Barril: 1982–1983
  • Kapitan Filip Masselin: 1983–1985
  • Mayor Filip Legorjus: 1985–1989
  • Mayor Lionel Kesneau: 1989–1992
  • Mayor Denis Favier: 1992–1997
  • Mayor Erik Jerard: 1997–2002
  • Polkovnik-leytenant Frederik Qallois: 2002–2007
  • Briqada generalı Denis Favier: 2007–2011
  • Briqada generalı Tyeri Orosco: 2011–2014
  • Briqada generalı Hubert Bonneau: 2014–2017
  • Polkovnik Loran Felip: 2017-davam edir
  1. Peachy, Paul. "Who are GIGN? Elite police force formed after 1972 Olympics attack on Israelis". 31 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]