GPass (tam adı: Global Pass) – internet senzura əleyhinə proqramdır, "SOCKS" tunnellərindən istifadə etməklə internetdə məlumat əldə edərkən istifadəçilərin kimliyini qoruyur və işlədilən ərazidə adi halda bloklanmış məzmuna giriş əldə etməyə imkan yaradır. "GPass"-in quraşdırılması kifayət qədər asandır, onu sadəcə endirmək tələb olunur. GPass-ın istifadəsi pulsuzdur.[1]
GPass həmçinin ani mesajlaşma və İP üzərindən zəng etmə proqramı Skype-dan istifadə zamanı daha geniş tətbiq olunur. Belə ki, daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər tərəfindən müzakirə olunduğundan Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.[2]