GSM-mobil rabitə üçün qlobal sistem

GSM logo uyğun telefonlar və avadanlıq müəyyən etmək üçün istifadə olunur.

GSM - Mobil rabitə üçün qlobal sistem - (ing.GSM-(Global System for Mobile Communications), ru.GSM-(глобальная система для мобильной связи)) -– kanalların zamana (TDMA) və tezliyə (FDMA) görə ayrılmasına əsaslanan rəqəmsal mobil rabitənin qlobal standartı. Ötən əsrin 80-ci illərinin sonunda Avropa Telekommunikasiya Standartları İnstitutunun (European Telecommunications Standards Institute, ETSI) himayəsi altında işlənib hazırlanıb.

GSM ikinci nəsil (2 Generation) şəbəkələrə aiddir (1G – analoq hücrəsəl rabitə, 2G – rəqəmsal hücrəsəl rabitə, 3G – çoxamaclı kompüter şəbəkləri, o cümlədən İnternet vasitəsilə kommutasiya olunan genişzolaqlı rəqəmsal hücrəsəl rabitə). Hücrəsəl telefonlar 4 tezlik diapazonu üçün buraxılır: 850 MHs, 900 MHs, 1800 MHs, 1900 MHs.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.